Şənbə , Aprel 27 2024
Ana səhifə / Gündəm / Bakıda gəmidə PARTLAYIŞ: 3 neftçi yandı – (ADLAR)

Bakıda gəmidə PARTLAYIŞ: 3 neftçi yandı – (ADLAR)

Azərbaycan neft şirkətinə məxsus gəmidə yanğın baş verib. 

Unikal.org-un əldə etdiyi məlumata görə, hadisə nəticəsində 3 nəfər ağır xəsarət alıb. Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə (Semaşko) yerləşdiriliblər. İlkin tibbi yardım göstərildikdən sonra onlar Mərkəzi Neftçilər xəstəxanasına göndəriliblər. 

Yaralılar bunlardır:

1983-ci il təvəllüdlü Azər Vəliyev, 
1992-ci il təvəllüdlü Böyükağa Xəlilov, 
1989-cu il təvəllüdlü  Paşayev Bəhruz

****

SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Unikal.org-a açıqlamasında hadisəni təsdiqləyib. Bildirib ki, hadisə nəticəsində SOCAR-ın 3 əməkdaşı xəsarət alıb və gəmi isə başqa şirkətə məxsus olub. 

Həmçinin oxuyun

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb – FOTOLAR

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gün fəaliyyətini dayandırıb. Bu münasibətlə Azərbaycan Müdafiə Nazirliyinin …