Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Gürgandakı partlayışda yaralananların son durumu

Gürgandakı partlayışda yaralananların son durumu

Səhiyyə Nazirliyi Gürgan qəsəbəsinin yaxınlığında dənizin dayaz hissəsində baş verən partlayışla bağlı məlumat yayıb.

“Qafqazinfo”ya verilən məlumata görə, partlayış barədə Təcili Tibbi Yardıma çağırış 13:20-də daxil olub. 3 kişi müxtəlif dərəcəli yanıq xəsarətləri ilə 5 nömrəli xəstəxananın yanıq şöbəsinə  çatdırılıblar. İlkin tibbi yardım göstərildikdən sonra xəstələr Mərkəzi Neftçilər Xəstəxanasına köçürülüblər. Onlara üzün, sifətin yanığı və sifətin qəlpəli yaraları, xəstələrdən birinin gözündə də xəsarət aşkar olunub. 

İkisinin vəziyyəti orta-ağır, biri isə ağır qiymətləndirilir.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …