Cümə , Aprel 26 2024
Ana səhifə / Gündəm / “Azərsu”nun 20 milyon borcu var – Vergilər Nazirliyi

“Azərsu”nun 20 milyon borcu var – Vergilər Nazirliyi

Azərsu ASC-nin vergilərin vaxtında ödənilməməsinə görə hesablanmış faizlər üzrə borcları 20,8 mln. manat, maliyyə sanksiyaları isə 2,2 mln. manat təşkil edir.

Report-un verdiyi xəbərə görə, bu barədə Vergilər Nazirliyinin (VN) Vergi risklərinin təhlili və nəzarəti baş idarəsinin rəisi Natiq Şirinov məlumat verib.

O, bu barədə “Vergi ödəyicilərinin 2017-ci il 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” qanun layihəsinin Milli Məclisin komitə iclasında müzakirəsi zamanı danışıb.

Nazirlik rəsmisinin sözlərinə görə, 1 dekabr 2017-ci il tarixinə vergi borclarının məbləği 1 mlrd. 527 mln manat təşkil edir ki, bunun 904,3 mln. manatı əsas vergi borclarıdır, 237,1 mln. mamatı maliyyə sansiyası, 386,4 mln. manatı faiz borcudur: “Qanunun qəbulu nəticəsində vergi borclarının məbləği 900 mln. manata düşəcək”.

Həmçinin oxuyun

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb – FOTOLAR

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gün fəaliyyətini dayandırıb. Bu münasibətlə Azərbaycan Müdafiə Nazirliyinin …

Bir cavab yazın