İyunun 9-da SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı,
Sosialist Əməyi Qəhrəmanı, görkəmli müğənni Rəşid Behbudovun vəfatının
30 ili tamam oldu. Dünən Mahnı Teatrında Azərbaycanın və SSRİ-nin Xalq
artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatı laureatı Rəşid
Behbudovun xatirə günü münasibətilə konsert təşkil olunub.
Korifey sənətkarın qızı Rəşidə Rəşid atasının anım günü ilə bağlı öz ürək sözlərini bölüşüb. Moderator.az həmin mətnin tərcüməsini oxucularına təqdim edir:
“Mənim
əziz,əvəzsiz dostlarım! Mənim xeyirxahlarım! Ağıllılarım!
Tərbiyyəlilərim! Xoş məramlı və yüksək intellekt sahibləri! Atam Rəşid
Behbudovun, hər şeydən əvvəl böyük Rəşid Behbudovun şöhrətini,
xatirəsini, izzətini böyük məhəbbətlə xatırladığınıza görə Sizə
minnətdarlığımı bildirirəm. Ona görə ki, o, öz torpağına, bizim xalqa,
bizim Azərbaycana məxsusdur.
Bu gün acı
tarixi bir gündür… 30 il əvvəl şərəfsiz insanlar torpağımız, yurdumuz
haqqında həqiqəti söylədiyinə görə onu zəhərlədilər, işgəncə verdilər.
Qarabağın çiçəkli bağlarından danışan, Qorbaçovdan tutmuş, onun alçaq,
qatil və oğru silahdaşları satqınları haqqında danışan dilini
kəsdilər… Biz istənilən dahi mirasımızı qorumalıyıq.
Korifeyləri, dahiləri, bəstəkarları, rəssamları, heykəltəraşları,
memarları, musiqiçiləri, orkestrantları, unikal istedadlı müəllimləri
(əgər belələri hələ qalırsa?!). Biz güclü yaddaşa sahib olmalı və heç
bir halda özümüzü dəyişməyərək musiqidə müvəqqəti təsadüfi insanlara
köklənməməli, dilimizi və tariximizi qorumalıyıq!
Buna
görə mədəniyyət və sənətin, memarlığın, şeir və nəsrin, rəqsin və
şəhərsalmanın və çox-çox şeylərin inkişafı üçün ümummilli və aydın
ardıcıllıqla bir proqramı olmalıdır. Biz İntibah dövründən çıxmışıq,
dahilər getdivə mədəniyyət hər cür dəhşətli, yoluxucu infeksiyalara
yoluxdu. Bizi televiziya kanalları vasitəsilə yedirtdilər, uşaqların
gənc ağıllarını cinayətkarcasına formalaşdırırlar… Korifeylərə
eşq olsun, hamısı Azərbaycan mədəniyyətinə lazımdır. Çünki bu dövrdə
çoxəsirlik Azərbaycana layiq mədəniyyət qurmalıyıq. Yaltaqlıq, şər,
paxıllıq, savasızlıq, istedadsızlıq yuxarı şkaladadır. Özünüz baxın və
qoruyun.Xalqımızın istedadlı və görkəmli bəstəkarları tərəfindən
yazılmış Azərbaycanın məşhur mahnılarının yolunu kəsməyin.
Uzeyir
Hacıbəyov, Müslüm Maqomayev, Qara Qarayev, Arif Məlikov, Fikrət Əmirov,
Cövdət Hacıyev, Aqşin Əlizadə, Xəyyam Mirzəzadə, Rauf Hacıyev, Səid
Rüstəmov, Asəf Zeynallı, Qəmbər Hüseynli, Süleyman Ələsgərov, Vasif
Adıgözəlov, Tofiq Quliyev, Ramiz Mirişli, Sərdar Fərəcov, Aydın Əzimov,
Soltan Hacıbəyov, Əfrasiyab Bədəlbəyli, Cahangir Cahangirov, Əşrəf
Abbasov, Şəfiqə Axundova, Elza İbrahimova, Ruhəngiz Qasımova, Emin
Sabitoğlu , Vaqif Mustafazadə, Rafiq Babayev və bir çoxları. Budur bizim
Luvr! Budur bizim Uffizi, Prado Muzeyi! Budur bizim Ermitaj! Bütün bu
tarixi korifeylər dünya muzeylərini bəzəyir, parlaq heykəltaraşlar və
rəssamları da bura əlavə etmək olar. Bu, bizim irsimiz və qürurumuzdur.
Azərbaycan
Bəstəkarlar İttifaqı Rəşid Behbudovu sevir və onu doğma, yaxın insan
hesab edirdi! Hər bir bəstəkar böyük müğənni ilə birlikdə tarix və
musiqi şedevrləri yaratdı. Və Azərbaycanın məşhur şairləri poeziya
şedevrləri yazdılar. Müəllif mahnıları üçün, evdə yetişdirilmiş,
təsadüfi saray şairlərinin üç badım-bir qozunu yox.
Bu,
utancvericidir və təəssüf doğurur. Xalq nəyi dinləyir və milləti nəyə
hazırlayır? İşıqlı zəkalar və istedadlar var, gələcək var. Ancaq onlar
səhnəni, televiziya kanallarını, toyları, yasları, dəfnləri vəba kimi
basmış boş və təkəbbürlü təsadüfi insanları yarıb keçə bilmirlər. Saxta
dəyərlər yoxdur, reallıq var. Bir çox valideynlər özlərinin
unutqanlığını uşaqlarına da keçirir və onları şikəst edirlər.
Təlxəklərin və təlxəkiyyələrin zamanıdır. Özlərinin köçəri azıxantrop
mağara musiqisi ilə xalqı aldadanların zamanıdır.Afrika tammtamları daha
yaxşıdır, nəinki ucuz sintizator ifası. Əfsus, Azərbaycanın mədəni
irsinin təsisçiləri anadan olana kimi, folklor sərvətinin və
Azərbaycanın müasir sənətinin və mədəniyyətinin layiqli davamçıları
olana qədər bir əsrdən artıq vaxt gərəkdir.
Özünüzü
dəyişməyin. Sevginizi ürəyinizdə saxlayın və ümidsizliyə qapılmayın.
Səhra küləyi tarixin quru qabıqlarını süpürüb aparır. Bu kədərli gündə
atamın xatirəsini sizinlə yad etmək istədim. Özünüzü qoruyun və məni
unutmayın, mümkünsə…”