Şənbə , Aprel 27 2024
Ana səhifə / Aktual / “10 AZN-lik aylıq abunə əvəzinə 1513 AZN-lik borc yazıblar” – Abonent Aztelekomu məhkəməyə verir…(FOTOFAKT)

“10 AZN-lik aylıq abunə əvəzinə 1513 AZN-lik borc yazıblar” – Abonent Aztelekomu məhkəməyə verir…(FOTOFAKT)

“Bezmişik. 5 ildir, Aztelekom -un yarıtmaz fəaliyyətindən əziyyət çəkirik. Yetər artıq, həm əsəblərimiz pozulub, həm də boşuna pul ödəyirik.”
Bunu Moderator.az -a Bərdə rayonundan 5 ildir Aztelekom abunəçisi olan Əli Hüseynli deyir.
Onun sözlərinə görə 2015-ci ilin yanvar ayında keçmiş nazir Əli Abbasov ilə Ağcəbəddi rayonunda görüşərək, problemi qismən çözməyə nail olub. Belə ki, həmin görüşə qədər Aztelekom Bərdə şəhəri Heydər Əliyev prospektinin sonunda yerləşən Bağçılıq qəsəbəsində məskunlaşan abunəçini internetə qoşmaqdan imtina edirmiş. Abonent bildirir ki, həmin qəsəbə rayon mərkəzinə çox yaxın olub və qəsəbədə 2000-ci illərin əvvəlindən telefon xətti çəkilib. 
2014-cü ildə internetə qoşulan abunəçi bir neçə ay internetdən normal istifadə edə bilib. Daha sonra internetdə qırılmalar sıxlaşıb, internetin sürəti həddən artıq zəifləyib və istifadə olunmaz vəziyyətə gəlib. Abonentin bundan sonra zülümü başlayıb.
“İşim internetlə bağlıdır və günün əksər hissəsini komputer qarşısında keçirməyə məcburam. İnternetin olmamağı işimdə axsamalara, əsəb sistemimdə gərilmələrə və əlavə vəsait xərcləməyimə səbəb olub. Ay olub ki, Aztelekoma pul ödəyə-ödəyə 100 manata qədər datakart nömrələrinə də pul ödəməli olurdum.”
Abonent bildirir ki, dəfələrlə problemlərlə bağlı aidiyyatı qurumlara müraciət etsə də tədbir görən olmayıb: “Hər dəfə problem yaşayanda ilk öncə rayondakı Telekommunikasiya Qovşağına, Aztelekoma müraciət etmişik, xeyri olmayınca Qaynar Xəttə zəng vurub demişik. Ancaq bütün cəhdlərimiz bir iki istisna olmaqla boşa gedib.
Demək olar ki il ərzində üst-üstə 3-4 ay Aztelekom işləmir. Ötən ilin may ayında Qaynar Xəttə zəng vurub bildirdim ki, internetin sürəti sıfıra bərabərdi. Hər dəfə zəng edəndə yalandan müraciətiniz qeydə alındı deyib başlarından edirlər. Ötən yay iyun ayından internet işləmədi, dedilər ki, yeni ATS quraşdırırlar, artıq problem bitəcək. 2 ay internet olmadı, avqustun sonları internet olanda isə heç bir fərq yox idi.”
Abunəçi bu gün növbəti şok yaşadığını deyərək Bərdə Telekommunikasiya Qovşağı – ATS başda olmaqla Aztelekomu məhkəməyə verəcəyini bildirib:
“Bu gün Aztelekom necə yaramaz fəaliyyət göstərdiyini bir daha sübut elədi. Mən onsuz da 5 ildir Aztelekomun yaramaz fəaliyyətindən (fəaliyyətsizliyindən) çox əziyyət çəkmişəm. Artıq bu son damla oldu. Dəfələrlə qrumun baş idarəsinə Qaynar xətt vasitəsilə müraciət etsəm də, nazirin qəbulunda olsam da bütün şikayətlərim baxılmamış qaldı. Bu dəfə ümidim məhəkəməyədi. Ümid edirəm ki, məhkəmələr mənim haqq səsimi cavabsz qoymayacaq. Yaxın günlərdə başda Bərdə Telekommunikasiya Qovşağı – ATS olmaqla Aztelekomu məhkəməyə verəcəm. Mənə dəymiş maddi və mənəvi zərərə görə hüquqi qiyməti qoy məhkəmə versin.
Bərdədə internetin necə acınacaqlı durumda olduğunu görmək üçün ilin istənilən günündə rayona bircə dəfə səfər etmək və ya rayonda yaşayan qohumlarınızdan vəziyyəti soruşmaq kifayətdir. Uzun zamandır etdiyim şikayətlər və onlara baxılmaması məni çilədən çıxarıb. Aylıq pul ödənilsə də ilin 365 gününün ən azı 100 günü internet və telefon əlaqəsi olmur. Rayon mərkəzinə yaxın yaşamağıma baxmayaraq internetin keyfiyyəti ən aşağı səviyyədədir. 
İnternetin keyfiyətsiz olmağı və ya aylarla olmamağı azmış kimi indi də üstümə ağılasığmaz borc yazaraq internetimi kəsiblər. Bir neçə gün öncə borcumu internet vasitəsi ilə ödəyən zaman sözün həqiqi mənasında şok oldum. 10 AZN-lik aylıq abunə borcumun əvəzinə 1512,9 AZN-lik borc görəndə öncə gözlərimə inanmadım. Amma söhbət Aztelekom olduğundan bunlardan hər şey gözlənilir deyərək biraz rahatlandım. Düşündüm ki gedib deyəcəm, yəqin düzəldəcəklər. Həmin gün ödəniş etmədim. Səhəri gün Abunə şöbəsinə yaxınlaşaraq məsləni dedim. Onlar da yəqin texniki səhv olub, düzələcək, sən aylıq abunəni ödə dedilər. Buna görə internetimi bağlamazlar ki? Soruşanda narahat olmamağımı bildirdilər. Mən də ancaq abunə və telefon xidməti borcumu ödədim. Ancaq bu sabah internetimi kəsərək mənə borcumun olduğuna dair aşağıdakı şəkildə məlumat verdilər.” 

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …