Cümə , Aprel 26 2024
Ana səhifə / Gündəm / Araşdırma başa çatdı: “Şagird müəlliməni döyməyib!”

Araşdırma başa çatdı: “Şagird müəlliməni döyməyib!”

Bakı Şəhəri üzrə Təhsil İdarəsi Xətai rayonu 95 saylı məktəbdə şagirdin müəlliməsini döyməsi ilə bağlı yayılan məlumatlarla əlaqədar aparılan araşdırmaların nəticəsini açıqlayıb.

İdarənin sektor müdiri Arzu Tairquliyeva Trend-ə bildirib ki, Xətai rayonu 95 saylı məktəbdə şagirdin öz müəlliməsini döyməsi xəbəri öz təsdiqini tapmayıb: “Yayılan xəbər həqiqətə uyğun deyil. Məktəbdə müəllim və şagird arasında anlaşılmazlıq baş verib və elə həmin gün də aradan qaldırılıb”.

 

Həmçinin oxuyun

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb – FOTOLAR

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gün fəaliyyətini dayandırıb. Bu münasibətlə Azərbaycan Müdafiə Nazirliyinin …

Bir cavab yazın