Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / Azərbaycanın yüksək vəzifəli məmurunun oğlu qəzaya düşdü – Video

Azərbaycanın yüksək vəzifəli məmurunun oğlu qəzaya düşdü – Video

“Aztelekom” İstehsalat Birliyinin direktoru Məmməd Məmmədovun oğlu Ukraynada ağır yol qəzasına düşüb.

“Qafqazinfo” xəbər verir ki, dünən Kiyev şəhərinin Borispol prospektində ölümlə nəticələnən qəza baş verib. M. Məmmədovun Ukraynada təhsil alan 20 yaşlı oğlu Araz Məmmədovun idarə etdiyi “Mercedes” markalı maşın yoldan çıxaraq aşıb. Daha sonra maşın alışmağa başlayıb. Avtomobildə M. Məmmədovun oğlundan başqa baldızı qızı da olub. Hadisə nəticəsində qız dünyasını dəyişib. Oğlanın vəziyyətinin isə ağır olduğu bildirilir.

Artıq valideynləri və yaxınları Ukraynaya yola düşüblər.

Hadisənin dəhşətli videogörüntülərini təqdim edirik:

 

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …

Bir cavab yazın