Cümə , Aprel 26 2024
Ana səhifə / Gündəm / «AF Euro Home»nin sahibinin ilginc keçmişi – MTN generallarının himayəsi…

«AF Euro Home»nin sahibinin ilginc keçmişi – MTN generallarının himayəsi…

Azərbaycanın ən tanınmış iş adamlarından biri olan, hazırda «AF Hotel», «Aqua Park», «AF Center», «AF MALL», habelə «AF Euro Home» tikinti bazarının sahibi olan Azay Möhnətovun çox maraqlı əməlləri ortaya çıxıb. JAM.AZ-ın əldə etdiyi məlumata görə, iş adamı öz şəxsi maraqları xatirinə bir çox qanunsuzluqlara yol verib.
Onlardan biri Bakı-Rostov yolunun üzərində yerləşən, Ekologiya Postunun yaxınlığında fəaliyyət göstərən «AF Euro Home» tikinti materialları bazarının inşaası zamanı yol verdiyi qanunsuzluqdur. Belə ki, hələ 2012-ci ilə qədər, yəni bazar tikilənə kimi bu ərazi «Azərxariciyol» MMC-yə məxsus idi və orada xeyli sayda şam ağacları vardı. Amma Azay Möhnətov bütün prinsipləri pozaraq, həmin şam ağaclarının hamısını kəsdirdi. Üstəlik, bazar əsas yoldan ən azı 30 metr kənarda inşa edilməli olduğu halda, hazırda bu yolla iki-üç yük maşınının eyni vaxtda hərəkət etməsi mümkünsüzə çevrilib.
JAM.AZ xəbər verir ki, Möhnətovun məsələsi bununla da bitməyib. O pul qazanmaq həvəsini o qədər basa bilməyib ki, hətta həmin ərazidə yaşayan, əslən Zəngilandan olan iki lal ailənin evini də başına uçurub. Ailə üzvlərindən heç biri danışa bilməyən zavallı insanlar evlərini qorumaq istəsələr də, şirkət rəhbəri onların üzərinə buldozer sürdürüb. Həmin lal ailələr hazırda küçələrdə gecələmək məcburiyyətində qalıblar. Çünki Azay Möhnətov onlara uçuq-sökük daxma verməyi də özünə rəva bilməyib.
«AF Euro Home»nin tikinti zamanı yol verilən bir başqa qanunsuzluq isə 1 hektar ərazinin heç bir sənəd olmadan bazarın sahəsinə qatmasından ibarətdir.
JAM.AZ-ın araşdırmaları zamanı Azay Möhnətovun bu qədər «ərköyün» olmasının konkret səbəbləri olub. Daha doğrusu, onun arxasında duran iki general və bir polkovnik iş adamının bütün qanunsuz hərəkətlərini ört-basdır ediblər. Belə ki, məşhur iş adamı MTN-in keçmiş generalları Elçin Quliyev və Akif Çovdarovla çox yaxın münasibətə malik olub. Bu münasibətləri quran isə özünü həbsxanada asan MTN polkovniki İlqar Əliyev olub.
Bu barədə məlumat verən mənbələrin bildirdiyinə görə, münasibətlərin yaransının səbəbi isə Azay Möhnətovun üzləşdiyi problem imiş. JAM.AZ-a verilən məlumatda deyilir ki, iş adamının həmin dönəmlərdə bankda 7 milyon manat pulu olub. Lakin köçürmə yolu ilə gəlmiş həmin pulu nağd şəkildə çıxarmağa Mərkəzi Bank icazə vermirmiş. Belə olan təqdirdə, Möhnətov bu işi görə biləcək birilərini aramağa başlayıb. Onun yaxın adamlarından biri MTN polkovniki İlqar Əliyevlə görüş təşkil edir və münasibət yaranır. Həmin pulu çıxarmağa isə Akif Çovdarovla Elçin Quliyev yardımçı olurlar. Bu işlərinin müqabilində pulun 40 faizi generallarla polkovnikə çatır. Amma Möhnətov bununla da kifayətlənməyib, onlara Nəsimi Polis Şöbəsinin arxasında inşa etdiyi yeni tikilidə ev də bağışlayır.
Qarşı tərəfi də dinləməyə hazırıq.

Həmçinin oxuyun

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb – FOTOLAR

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gün fəaliyyətini dayandırıb. Bu münasibətlə Azərbaycan Müdafiə Nazirliyinin …

Bir cavab yazın