Cümə , Aprel 26 2024
Ana səhifə / Gündəm / “Əli Abbasov Eldar Mahmudovun güdazına getdi”

“Əli Abbasov Eldar Mahmudovun güdazına getdi”

Milli təhlükəsizlik naziri Eldar Mahmudovun işdən azad edilməsindən sonra rabitə və yüksək informasiya naziri Əli Abbasov da işdən azad edildi.

“MTN işi” ilə bağlı öncə MTN-in Monitorinq Mərkəzinin (telefonların dinlənilməsi idarəsinin) əməkdaşları həbs edildi, sonra isə bu məsələ ilə bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşları da istintaqa cəlb edildi.

Əli Abbasovun bir müddət öncə işdən azad edildiyi xəbəri yayılanda da bu məsələnin “MTN işi” ilə əlaqəli olduğu deyilirdi.

MTN-nin keçmiş əməkdaşı, müstəqil ekspert İlham İsmayıl Əli Abbasovun işdən azad edilməsini və bu məsələnin “MTN işi” ilə bağlı olması məsələsini Ölkə.Az-a verdiyi açıqlamasında şərh edib:

“MTN məsələsi ilə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun işdən çıxarılması arasında birbaşa əlaqə var. Bu məsələ ilə bağlı ehtimal irəli sürmək olar ki, əməliyyat axtarış qanunu əsasında MTN telefon dinləmələrini həyata keçirir. Rabitə Nazirliyi dövlət və özəl qurumların dinlənilməsi üçün şərait yaratmağa borcludur. Belə çıxır, dinləmə məsələsi elə bir həddə çatıb və elə yüksək səviyyəli şəxslər dinlənib ki, Rabitə və Texnologiya Nazirliyi bu barədə dövlət rəhbərliyinə informasiya verməyib. Bu məsələni ancaq belə qiymətləndirmək olar ki, Əli Abbasov yüksək inistansiyaların dinləndiyini bilib, ancaq hökumət rəhbərliyini bundan xəbərdar etməyib. Qanunla MTN-nin hüququ var dinləmələr etməyə və Rabitə və Texnologiyalar Nazirliyi də buna şərait yaratmağa borcludur.

Rabitə və Texnologiyalar Nazirliyi də dinləmələr edə bilər. Bütün telefon qovşaqları əllərinin altındadır. Belə desək, bu məsələdə Əli Abbasov Eldar Mahmudovun güdazına getdi. Əsas sual budur, məsələ təkcə dinləmədirmi? Bu məsələnin əsas tərəfi istintaqa və siyasi dairələrə məlumdur. Digər yüksək rütbəli şəxslər də işdən çıxarıla bilər. Hərçənd Əli Abbasovu hər kəs yaxşı nazir kimi tanıyıb. Hiss olunur ki, bu məsələdə görünməyən tərəflər çoxdur. Bu dalğa dayanmayacaq. Bu məsələ MTN, telefon dinləmə məsələsi ilə yekunlaşmayacaq. Yeni dalğa da gözlənilir”.

Qeyd edək ki, Əli Abbasovun işdən azad edildiyi haqda xəbər təxminən 10 gün bundan əvvəl yayılmışdı.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın