Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Türkiyənin “Zaman” qəzeti Eldar Mahmudovun müdafiəsinə qalxdı

Türkiyənin “Zaman” qəzeti Eldar Mahmudovun müdafiəsinə qalxdı

Türkiyənin “Zaman” qəzetinin Azərbaycan redaksiyası sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovu müdafiə edən məqalə ilə çıxış edib.

Qəzetin baş redaktoru Anar Qaraxançallı öz müəllif yazısında Əhməd Mahmudovun keçmiş Şərur Türk Liseyi önündəki heykəlinin sökülməsinə belə münasibət bildirib: “Sabiq nazir Eldar Mahmudovun atası professor Əhməd Mahmudovun Naxçıvandakı heykəli sökülüb. Həm də tanınmış alimin heykəlinin başına ip bağlayaraq…

Əgər bu adamın heykəli qoyulmağa layiq deyilsə, heykəli kim qoyub? Yox, əgər layiqdirsə, oğlunun səhvinə görə atasının ruhunu niyə incidirsiniz? Sabah da başqa birisi gəlib onu sökənlərə də eyni münasibəti göstərsə, necə olacaq?

AMEA-ının İqtisadiyyat İnstitutunun direktoru, akademiyanın həqiqi üzvü olmuş Əhməd Mahmudov Fəxri Xiyabanda dəfn olunub. Onu da oradan çıxartsaq, bütün problemlər həll olmuş olacaq”.

Qeyd edək ki, Şərur Türk Liseyi Fətullah Gülənin Azərbaycandakı çoxsaylı liseylərindən biridir. Eldar Mahmudov MTN rəhbəri təyin olunandan sonra onun qarşısında sabiq nazirin atasının heykəli qoyulmuşdu. E.Mahmudov vəzifədən azad olunandan sonra həmin abidə oradan götürülüb.

 

Həmçinin oxuyun

Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər – VİDEO

Bakının Sabunçu rayonu sakini xəbərə olmadan vəzifəyə təyin olunub. Şikayətçi İldırım Hüseynov bildirib ki, e-sosial.az …

Bir cavab yazın