Bazar ertəsi , May 27 2019
Ana səhifə / Gündəm / YAP-ın SİYAHISINDA KİMLƏR VAR, KİMLƏR YOX?

YAP-ın SİYAHISINDA KİMLƏR VAR, KİMLƏR YOX?

Səməd Seyidov, Əhliman Əmiraslanov, Aqiyə Naxçıvanlı və Ağacan Abiyev fəaliyyətlərini Milli Məclisdə davam etdirməyə qərar veriblər

Noyabrın 1-də keçiriləcək parlament seçkilərinə təxminən ayyarım qalır. Bir sıra partiyalar seçki siyahısını açıqlasa da, hakim Yeni Azərbaycan Partiyasında (YAP) namizədlərin kimliyi ilə bağlı mənzərə qaranlıqdır.
Məlumatlara görə, hakim partiyanın seçki siyahısını açıqlamağı gecikdirməsinin bir sıra səbəbləri var. Onlardan ən əsası idarəetmədə rəhbər olan şəxslərin, o cümlədən rektorların deputat olmaları ilə bağlıdır.“Yeni Müsavat”ın məlumatına görə, seçkilərdə dövlət ali təhsil müəssisələrinin rektorları ilə bağlı konkret qərar verilib. Belə ki, rektorların gələcəkdə deputat kimi də fəaliyyətlərinə birmənalı yasaq qoyulub. Bu səbəbdən də bəzi rektorlar artıq seçimlərini ediblər.
1431431620_semed-seyidovMənbəmizin xəbərinə görə, YAP-ın seçki siyahısında adını görəcəyimiz iki məşhur rektor-Dillər Universitetinin və Tibb Universitetinin rəhbərləri deputat kimi fəaliyyətlərin davam etdirməyə qərar veriblər. Həm Səməd Seyidov, həm Əhliman Əmiraslanov rektorluq kürsülərini deputat mandatı üçün boşaldıblar. S.Seyidov uzun müddətdir ki, Avropa Şurasında Azərbaycan nümayəndə heyətinə rəhbərlik edir və onun deputat kimi fəaliyyəti iqtidara daha çox lazımdır. S.Seyidovun həm də Elmar Məmmədyarovun mümkün istefasında xarici işlər naziri olmaq iddiası da var.
Ə.Əmiraslanovun seçimi də izah olunandır. 1992-ci ildən rektor olan Ə.Əmirasanovun 67 yaşı var və artıq o, 5 illik qarantiyalı mandatı daha üstün tutmağı lazım bilib.
Abel_maqeramovvBakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovun seçimi isə rektorluq olub. BDU rektoru titullu postdur və istənilən vəzifə üçün həmişə bir tramplin rolunu oynayır. (Murtuz Ələsgərov spiker, Misir Mərdanov isə təhsil naziri postlarına BDU rektorluğundan gəlmişdilər – red.). Yeri gəlmişkən, bu arada strateq.az saytı da “Yeni Müsavat”ın xəbərini təsdiqləyən məlumat yayıb. Saytın xəbərində deyilir ki, Abel Məhərrəmov iki gün əvvəl Prezident Administrasiyasına çağırılıb, onunla bu mövzu ətrafında ciddi müzakirə aparılıb. Ona qanunvericiliyin müvafiq müddəası xatırladılaraq, iki postdan birini seçmək tövsiyə olunub: “Mənbə bildirir ki, belə bir müzakirə Abel Məhərrəmov üçün qəfil və gözlənilməz olsa da, o, artıq seçim etməkdən başqa çarəsinin olmadığını anlayıb və qərarını verib: qarşıdakı illərdə Milli Məclisdə deyil, rektor kimi fəaliyyətini davam etdirməkdə maraqlı olduğunu açıqlayıb” deyə, xəbərdə bildirilir.
1gugulcohre-1Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədovanın da eyni seçimi etdiyi söylənilir. Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı isə mandatı seçib. O cümlədən Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru 78 yaşlı Ağacan Abiyev də deputat kimi qalmaq istədiyini deyib. Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevlə bağlı isə xəbərlər ziddiyyətlidir. Çünki Ə. Vəliyev, özünün dediyinə görə, rəsmi sənədlərlə rektor deyil, universitetin idarəetmə şurasının sədridir. Üstəlik, Ə.Vəliyev həm də bank sektorunda fəaliyyət göstərir və bir biznesmen kimi də tanınır. Böyük ehtimalla da bu səbəbdən Ə.Vəliyev belə bir seçim qarşısında hüquqi olaraq qalmadığı üçün onun adı YAP-ın namizədlər siyahısında var. Beləliklə, deputat yerləri tutulmaq iddiasında olanlar rektor postları da boşaldır. İstisna deyil ki, siyahıya düşməyən bəzi tanınmış YAP-çılar məhz bu ali məktəblərdə rəhbər postlara təyin edilsin.
Milli-Meclis-4“Yeni Müsavat”ın məlumatına görə, hakim partiya və dövlətin yüksək vəzifəli şəxsləri ölkə prezidentinə deputat mandatı uğrunda yarışa qatılmaq istəyən təxminən 300 nəfər iddiaçının siyahısını təklif ediblər. Nəzərə alsaq ki, YAP 125 dairədən də namizəd verəcəyini bəyan etsə də, bəzi dairələrdə digərhakimiyyətyönlü partiyalara və namizədliyini müstəqil vermiş şəxslərə də güzəşt edə biləcəyini bəyan edib. Bu baxımdan, siyahıda seçimin necə çətin olduğu aydındır. Yeri gəlmişkən, bu seçkidə təxminən 30-dək dairədə deputat mandatı “ancaq ədalət” meyarı ilə müəyyənləşəcək. Bu barədə danışan mənbəmiz deyib ki, hakimiyyət bu dairələrdən namizəd irəli sürsə də, çalışacaq ki, seçki yarışına qoşulanlar özləri öz taleyini həll etsinlər, yəni seçicini seçki məntəqələrinə gətirib səs alıb, deputat mandatına sahiblənsinlər. Belə dairələrdən üç-dördü Bakıda, qalanları isə rayonlarda müəyyənləşib. Əgər bu məlumat təsdiqlənərsə, o deməkdir ki, siyasi hakimiyyət təxminən parlamentin 30 mandatının indidən demokratik seçki yolu ilə müəyyənləşməsinə razılaşıb.

Siyahı ilə bağlı daha bir xəbər yaşı 70-i keçmiş şəxslər və biznesmenlərlə bağlıdır.Birinci kateqoriyadan olan deputatlar Cəlal Əliyev, Fəttah Heydərov, Hadı Rəcəbli, Zeynəb Xanlarova, Xanhüseyn Kazımlı, Arif Rəhimzadə, Ziyad Səmədzadə, Elxan Süleymanov, Yaqub Mahmudov, Eldar İbrahimov, Hüseynbala Mirələmov və Rafiq Məmmədhəsənovdur.
Qaynağımızın xəbərində deyilir ki, bu “12″liyin yarısı mandat yarışında iştirak etməyəcək.
Biznes fəaliyyətlərindəki problemlərlə zaman-zaman gündəmə gələn, vətəndaşları narazı salan, adları son illər media səhifələrindən düşməyən deputat Fərhad Qəribov, Rəfael Cəbrayılov, Əsabil Qasımov, Nəriman Əliyev, Mahir Aslanov , Şeyxin qudası Qalib Salahzadə və Ayaz Orucovun da mandatsız qalacaqları iddia edilir.

 

Həmçinin oxuyun

“Prostoy vətəndaş” Orduxana bu dəfəki sərt cavabı Şəhidlər Xiyabanından verdi-VİDEO

“Prostoy vətəndaş” ləqəbi ilə tanınan ictimai fəal, diaspor nümayəndəsi, xeyriyyəçi Akif Məmmədov öz “Feysbuk” səhifəsində …

Bir cavab yazın