Çərşənbə axşamı , İyul 23 2019
Ana səhifə / Gündəm / “Xoşxassəli şişlər sonradan xərçəngə çevrilir” – Həyəcan təbili

“Xoşxassəli şişlər sonradan xərçəngə çevrilir” – Həyəcan təbili

“Gur və təkrar olunan qanaxmalar zamanı dəmir çatışmazlığı, anemiya yaranır ki, bu da özünü yorğunluq, yuxusuzluq, infeksiyalara qarşı zəif müqavimətin olması ilə biruzə verir”.

Bu sözləri Aktual.az-a danışan Fransa təhsilli cərrah, mama -ginekoloq, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşı İlahə Quliyeva söyləyib.

Onun sözlərinə görə, anormal qanaxması olan qadınlar mütləq ginekoloqla konsultasiya etməli , müvafiq qan təhlilləri verməli, ultrasəs müayinəsindən keçməlidirlər.

Qanaxmalar aşağıdakı səbəblərdən baş verə bilər :

Miomalar qanaxma verə bilər:

Endometriya qatının altında yerləşən submukoz düyünlər xoşxassəli şişlərdir, aybaşı zamanı və aybaşıdan kənar dövrlərdə qanaxmalara səbəb olur. Bu tipli düyünlərin müalicəsi yalnız cərrahi üsulladır. Endoskopik üsulla, heç bir kəsik aparmadan və çapıq qoymadan bu düyünləri xaric edirik.

Poliplər qanaxmaya səbəb ola bilər :

Poliplər xoş xassəli törəmələr olsalar da, xərçəngönü xəstəliklər qrupuna aiddirlər. Vaxtında müalicə olunmazsa, bədxassəli törəməyə çevrilə bilərlər. Polip zamanı gur və uzunmüddətli qanaxmalar və aybaşıdan kənar dövrdə qanamalar izlənilir. Poliplər ultrasəs müayinəsi zamanı aşkarlanır və diaqnostik histeroskopiya ilə təsdiqlənir (uşaqlıq boşluğunun optik kamera ilə təchiz edilmiş 5mm-lik boru cihaz ilə müayinəsi). Poliplər bədxassəli şişə və uşaqlıq xərçənginə çevrilməmiş histeroskopik üsulla götürülməlidir.

Stres qanaxmaya səbəb ola bilər :

Cinsi hormonlar baş beyin tərəfindən idarə olunur, əsasən 2 struktur ilə – hipofiz və hipotalamus, hansı ki, bütün psixoloji hallara güclü reaksiya verirlər ( şok, hirslənmə, səyahətə getmək). Stres hormonal müvazinəti pozaraq qanaxmaya səbəb ola bilir.

Ovulyasiya qanaxmaya səbəb ola bilir :

Ovulyasiya dövründə kiçik qanaxmalar ola bilər. Bu qısamüddəttli olub, uşaqlığın bu dövrdə yaranmış olan hormonal dəyişikliyə reaksiyasıdır.

Premenstrual sindrom qanaxmaya səbəb ola bilir :

Premenstrual sindrom zamanı çox zaman aybaşıdan az öncə qəhvəyi ləkələr gəlir.

Bu sindrom hər qadında müxtəlif tipdə özünü göstərir. Aybaşıdan öncə müxtəlif simptomlarla xarakterizə olunur: yorğunluq, baş ağrıları, bulemiya, depressiv hal, qıcıqlı olma, yuxusuzluq, süd vəzilərində gərginlik və ağrıların olması.

Kontraseptivlər də qanaxma verə bilir :

Digər qanaxmalar: endometrit (uşaqlığın selikli qişasının infeksion iltihabı) və adenomioz .

Aktual.az

Həmçinin oxuyun

Elton Məmmədova məxsus şirkətin separatçılarla əlaqələri araşdırılır

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, keçmiş deputat Elton Məmmədova məxsus şirkətin adı Ukraynada ciddi …

Bir cavab yazın