Ana səhifə / Gündəm / Xocavənddə kiçik məmur necə oliqarxa çevrildi?– FOTOLAR

Xocavənddə kiçik məmur necə oliqarxa çevrildi?– FOTOLAR

Azərbaycanda kiçik məmurların da dəbdəbəli həyat sürməsi və bu həyatı dövlət büdcəsinin hesabına reallaşdırması hər kəsə yaxşı məlumdur.

Belə məmurlardan biri də Xocavənd rayon Kənd Təsərrüfat İdarəsinin müdiri Rəfail Mustafayevdir. Vaxtı ilə Xocavənd rayon icra başçısının müavini vəzifəsini daşıyan bu şəxs bir ildən artıqdır ki, yeni yaradılmış idarənin müdiri vəzifəsini daşıyır. Bu haqda cumhuriyyet.az-a göndərilən məlumatlardan aydın olur ki, Kənd Təəsərrüfat İdarəsinin müdiri Rəfail Mustafayevin var dövləti o qədər böyükdür bu adamı rayonun “kiçik oliqarxı” adlandırmaq olar.

Adının açıqlamasını istəməyən bir qrup Xocavənd rayon sakinləri iddia edirlər ki, Rəfail Mustafayev hazırda rəhbərlik etdiyi Kənd Təsərrüfat İdarəsində dövlət vəsaitlərini mənimsəməklə məşğuldur. Gündəlik vaxtını kef məclislərində keçirən bu kiçik məmurun restoran və saunalara çəkdiyi xərclər isə onlarla işçisinin əməkhaqqısından çoxdur. Həmçinin cumhuriyyet.az-a göndərilən məlumatda bildirilir ki, Rəfail Mustafayev təkcə oğlanları Bəxtiyar, Yaşar Mustafayevlərin hər birinə 99 DH 066 seriyalı “Land Kruse” və 99 ZS 818 seriyalı “Nissan Sani” avtomobilləri alıb. Bundan başqa idarə müdirinin Bakı şəhəri Nizami rayonunda 3 otaqlı evi, həmçinin həmin binanın altında 300 kv metr obyekti, Xətai rayon H.Aslanov metrosunun yanında binada 3 otaqlı mənzil, Saray qəsəbəsində isə qiyməti yarım milyona yaxın olan dəbdəbəli villası mövcuddur. Bundan başqa Rəfail Mustafayevin Beyləqan şəhər Rəşid Behbudov küçəsi 20-də dəbdəbəli imarəti var.
Xocavənd rayon sakinləri qeyd edirlər ki, yuxarıda bildirdiklərimiz mal-mülklər əslində idarə müdirinin əmlklarının kiçik bir hissəsidir. Bu siyahıya əlavə olaraq Xocavənd rayonunda 2 məcburi köçkün evinin yerində tikilən dəbdəbəli ev, 50 hektar torpaq sahəsi, 300 mal qara və Ağcakənddə dəbdəbəli villanı da qeyd etmək olar. Ancaq rayon sakinləri iddia edirlər ki, hər il dövlət vəsaitlərini mənimsəyən Rəfail Mustafayevin mal-mülkü daha çoxdur. Son illər ölkədə korrupsiyaya qarşı aparılan mübarizədən sonra hakimiyyətin yuxarı dairələrini daim tənqid edən Rəfail Mustafayev qorxuya düşərək daha böyük əmlaklarını yaxın qohumlarınn adına keçirdib. Məlumatda vurğulanır ki, daim hakimiyyətin siyasətini tənqid edən bu şəxs son aylar Xocavənd rayon icra başçısı Eyvaz Hüseynovu belə saya salmır. Arxasında Qaçqın və Məcburi Köçkünlər Üzrə Dövlət Komitəsində işləyən nüfuzli bir şəxsin dayandığını hər məclisdə dilinə gətirən Rəfail Mustafayev heç kəsdən çəkinmədiyini açıq aşkar deyir. Mustafayev yaxın ətrafı ilə əyləşdiyi içki məclislərində indiki vəzifəyə keçməsi üçün 150 min manat hesab verdiyini çəkinmədən dediyi iddia edilir.
Xocavənd rayon Kənd Təəsrrüfatı İdarəsinin müdiri rəfail Mustafayevlə bağlı saytımıza daxil olan digər ilginc məlumatları araşdırdıqdan sonra oxucularımıza təqdim edəcəyik.

Xocavənddə kiçik məmur necə oliqarxa çevrildi?-

Xocavənddə kiçik məmur necə oliqarxa çevrildi?-

Xocavənddə kiçik məmur necə oliqarxa çevrildi?-

Xocavənddə kiçik məmur necə oliqarxa çevrildi?-

Xocavənddə kiçik məmur necə oliqarxa çevrildi?-

Xocavənddə kiçik məmur necə oliqarxa çevrildi?-

Həmçinin oxuyun

“Unibank”da SKANDAL: – müştərinin gizli məlumatlarını başqasına verdilər

Azərbaycanın ən ciddi banklarından biri sayılan “Unibank”da skandal sayılacaq hadisə baş verib. Bakupost.az-ın məlumatına görə, bankın …

Bir cavab yazın