Çərşənbə , Sentyabr 18 2019
Ana səhifə / Gündəm / Xanlar Vəliyev: “297 nəfər haqqında axtarış elan edib, İnterpola göndərmişik, amma…”

Xanlar Vəliyev: “297 nəfər haqqında axtarış elan edib, İnterpola göndərmişik, amma…”

“Azərbaycanlılara qarşı törədilmiş hərbi cinayətlərə dair 297 nəfər haqqında axtarış elan edib, İnterpola göndərmişik. Amma indiyədək 297 nəfərdən heç kim saxlanılaraq, Azərbaycana təhvil verilməyib, onlardan birini də əldə etməmişik”. 
Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev bunu Milli Məclisdəki müzakirələrdə Xocalı soyqırımını törədənlər haqqında danışarkən deyib.
Hərbi prokuror Xocalı qatillərinin cəzalandırılmasının mümkün olmamasının səbəbləri haqda danışarkən dünyadakı ikilistandartların mövcudluğunu xatırladıb: “Bunu hamınız bilirsiniz, dünyada ikilistandartlar var. Müsəlmana bir münasibət var, xristiana başqa… Beynəlxalq İnterpol Təşkilatı da eyni mövqedə durub, başqaları da”.
X.Vəliyev “Beynəlxalq cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında” qanun layihəsinin hazırlanmasına təqdirlə yanaşmaqla yanaşı, layihəyə əlavə və dəyişikliklərini təklif edib: “Bu qanun layihəsi qəbul olunsa, əlavə bir rıçaq əldə etmiş olacağıq. Nəticədə Azərbaycan vətəndaşlarına qarşı soyqırım törədən və insanlıq əleyhinə cinayət törətmiş şəxslərin mühakiməsi mümkün olacaq”.

Həmçinin oxuyun

Vidadi Zeynalovun oğlu ilə bankir kürəkəninin şirkəti haqda sənədlər yayıldı

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov azadlığa çıxdıqdan sonra Şamaxıdakı restoran …

Bir cavab yazın