Cümə , Aprel 26 2024
Ana səhifə / Gündəm / “Wi-Fi “ vasitəsilə insanın daxili his-həyəcanını oxumaq mümkün olacaq – ELMİ İNQİLAB

“Wi-Fi “ vasitəsilə insanın daxili his-həyəcanını oxumaq mümkün olacaq – ELMİ İNQİLAB

ABŞ-ın Masseçusets Texnologiya Universitetinin tədqiqatçıları naqilsiz internet siqnallarının vasitəsilə insanın hamıdan gizli qalan daxili hiss və həyəcanını oxumağın üsulunu müəyyən edib. Moderator.az xarici mediaya istinadən xəbər verir ki, alimlər bu gün artıq hər kəsin evində olan şəbəkə paylayıcı vasitəsilə bunu bacardıqlarını bildiriblər. Onların sözünə görə, insan bədəni internetdən yayılan siqnallarla asanlıqla əlaqəyə girir. Bəzən bunun internet siqnallarına, həmçinin insan orqanizminə mənfi təsiri də baş verə bilir.
Alimlər siqnallarla rabitə zamanı insan bədənində baş verən müəyyən prosesləri- ürək döyüntülərini, keçirdiyi həyəcanı, yaşadığı gərginliyi müəyyən etməyin mümkün olduğunu qeyd ediblər. Onların sözlərinə görə, həmin dalğalar insanın daxili hiss-həyəcanı  87 faiz dəqiqliklə müəyyən edə bilir.

Həmçinin oxuyun

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb – FOTOLAR

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gün fəaliyyətini dayandırıb. Bu münasibətlə Azərbaycan Müdafiə Nazirliyinin …

Bir cavab yazın