Bazar ertəsi , Yanvar 18 2021
Ana səhifə / Gündəm / Türkiyədə və Belçikada baş verən terror aktlarında -Erməni izi…

Türkiyədə və Belçikada baş verən terror aktlarında -Erməni izi…

“Ermənilər tarixən dünyada peşəkar terroçu toplu kimi tanınırlar”
Xəbər verdiyimiz kimi 17 mart tarixində Anakarada 20-dən çox insanın həlak olması ilə nəticələnən dəhşətli terror aktı törədildi. 19 mart tarixində isə  İstanbulun İstiqlal küçəsində baş verən partlayış zamanı ölənlərin sayı 4 çatdı. Ardından isə Martın 22-də Brüsseldə ard-arda bir neçə terror aktı baş verib. “Zaventem” beynəlxalq hava limanında və metroda baş verən partlayışlar nəticəsində 34 nəfər ölüb, 250 nəfər yaralanıb.
Dünyada baş verən bu və ya digər terror hadisələri ilə bağlı böyük güclərin yanaşması birmənalı deyil. Biz yaxın 100 ilin tarixinə nəzər salsaq Fransa kimi dünyanın bir çox inkişaf etmiş ölkələrində törədilən terror hadisələrində erməni izinin olduğunun şahidi olarıq.
Ermənistan bir dövlət kimi ərsəyə gəlməsində terror əməliyyatlarının çox böyük “rolu” var.
Əslində hər birimizin diaspor təşkilatı olaraq tanıdığımız erməni lobbisi anlayışı ASALA kimi terror təşklatının varisi kimi qəbul edilir. Lakin bəzi dövlətlər bu kimi məlumatları məxvi saxlayaraq sanki xristian dünyasını bu ləkədən qorumağa çalışırlar. Heç kimə sirr deyil ki, bugün Avropada islamafobiyanın yayılması istiqamətində kifayət qədər ciddi iş gedir və İslam dini dünyaya terrorçu din kimi tanıdılır. Bunun da obyektiv və subyektiv səbəbləri var. Əvvəla onu qeyd edim ki, islam dini tez bir zamanda dünya xalqları arasında geniş nüfuz qazandı və statistika baxımından digər dinləri geridə qoydu. Bu özlüyükdə avropalıları, xüsusən də xristian dövlətlərini ciddi şəkildə narahat etməyə başladı.
Maraqlı məqam ondan ibarətdir ki, XIX əsrdən başlayaraq ermənilər bu istiqamətdə aparılan çirki siyasətin əsas alətinə çevrilməyə başladılar. Bu proses bugün də davam etməkdədir. Yaxın keçmişə nəzər salaq.
Ermənilər tərəfindən 1977-ci ildə Rusiyada törədilən qanlı terror aktından sonra hər şey göz qabağında idi.
Əslində, bu terror aktı zamanı ermənilərin əsil xisləti üzə çıxdı. Hətta məhkəmədə Zatikyanın dediyi sözlər öz erməni xislətini üzə çıxardı. O üzünü erməni dostlarına çevirərək “Bizim itirməyə heç nəyimiz yoxdu. Bizə qalan nifrətdi, qəzəbdi” deməsi növbəti nədələrdən xəbər veridi. Zori Balayan ötən il Putinə göndərdiyi açıq məktubda isə açıq şəkildə müasir rus xalqının mövcudluğuna görə ermənilərə borcu olduğunu vurğuladı. Hesab edirəm ki, bu artıq canı və qanı terroçuluqdan qidalanan ermənilərin dünyada baş verən bir sıra kataklizmlərin səbəbkarı olduğunu sübut edirdi.
Proses bugün də davam edir.
Lakin müasir dövrdə oyunun iştirakçıları bir qədər dəyişərək vəhşiliklərə daha geniş “yer” verilmişdir. Əgər əvvələr ermənilər dünya ölkələrində fəaliyyət göstərən türk diplomatlarına qarşı terror hadisəsi, eyni zamanda Azərbaycanlılara qarşı soyqırım törətməklə öz xislətlərini ortaya qoyurdularsa indi bunu daha geniş coğrafiyada həyata keçirilər. Heç kimə sirr deyil ki, ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında terrorçular yetişdirərək müəyyən məqsədlər üçün istifadə edirlər. Yaxın Şərqdə, xüsusən də Suriyada baş verən hadisələr zamanı hər gün ən azı 100 günahsız insan qətlə yetirilir. Bundan başqa Yaxın Şərqdə yaşayan türmənlər ciddi diskriminasiyaya məruz qalırlar və proses soyqırım səviyyəsində həyata keçirilir. Lakin dünya bu qətliamlara göz yumur. Səbəb isə bəllidir: MÜSƏLMANLAR QIRILMALI, XRİSTİANLAR İSƏ HÖKMRANLIQ ETMƏLİDİRLƏR.
“Erməni terroru” terminin ilk dəfə XX əsrin ortalarında ABŞ departamentinin hesabatında qeyd olunur. Lakin erməni terrorizmi hələ XIX əsrin əvvələrində, Osmanlı imperiyası dövründə yaranmağa başlamışdı. Ermənilərin ilk qurbanlarından biri də Türküstan dövlətinin siyasi varisi oilan Özbəkistan olmuşdu. Minlərlə özbək ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmişdi. XX əsrin əvvələrində isə məşhur erməni terroristi Andronikin rəhbərliyi ilə Azərbaycana qarşı irimiqyaslı terror, soyqırım hərakatına başladılar. Bakı sovetinə rəhbərlik edən şaumyan isə bu siyasəti daha da genişləndirməyə başladı. Aparılan soyqırım siyasəti nəticəsində 50 mindən çox insan vəhşicəsinə qətlə yetirildi.  Ermənilərin nə qədər təhlükəli bir toplu oldğunu isə isə o zamanlarda Böyük Britaniyanın Lordlar palatasının üzvü, Lord Kerzon da xüsusi olaraq qeyd etmişdi.  Təkcə onu qeyd etmək yerinə düşər ki, 1975-1983-cü illər arasında erməni terror təşkilatı olan ASALA Avropada 200-dən artıq cinayət törədib. Onlardan böyük əksəriyyəti isə partlayışlar, vəhşicəsinə qətllərdən ibarətdir. Bugün ASALA-ya daxil olan terrorçuların hamsının adına küçələr, parklar salınır. Eyni zamanda, Fransanı dəfələrlə darmadağın edən terrorçu isə Ermənistana ekstradisiya olunur. Öz ölkəsinə gələn terrorçu isə Hava limanında dərhal azad olunur və milli qəhrəman adı alır. Bugün Türkiyədə və Belçikada törədilən terror aktları da eyni ssenari ilə həyata keçirilir. Şübhəsiz ki, bu terror aktlarında da erməni izi var.
Təqdim edəcəyimiz videolar isə sözün tam mənasında dünyada baş verən terror aktlarında erməni “üslübünün” nə dərəcədə real olduğunu sübut etmiş olur. Hesab edirəm ki, dünyanın bir çox ölkələri Ermənistanın cinayətkar dövlət olduğunun fərqindədirlər. Eyni zamanda, Dağlıq Qarabağın işğal altında olan ərazilərinin dünya üçün ciddi təhdid ocağına çerildiyinin fərqindədirlər. Artıq Avropa da dərk edir ki, qucaq açdıqları terror təşkilatları, ikili standartlar, ədalətsiz mühakimələr onların özlərini yandırmaqda davam edir.(www.7news.az)

Həmçinin oxuyun

Xudatda Qazi ailəsini incidən kimdir? – torpaq dələduzluğu…

“Bir ildən çoxdur ki, mən oğluma torpaq sahəsi ala bilmirəm. Həyat yoldaşım bazarda alver etdiyi …

Bir cavab yazın