Ana səhifə / Gündəm / “”TexnikaBank”ın sabiq rəhbəri Etibar Əliyevi dindirsələr, Mövlan Şıxəlieyvin əsl kimliyi ortaya çıxar” – Eldar Mahmudovun “sağ əli” haqqında ŞOK FAKTLAR

“”TexnikaBank”ın sabiq rəhbəri Etibar Əliyevi dindirsələr, Mövlan Şıxəlieyvin əsl kimliyi ortaya çıxar” – Eldar Mahmudovun “sağ əli” haqqında ŞOK FAKTLAR

DİA.AZ: – “Sabiq Milli Təhlükəsizlik Naziri Eldar Mahmudovun əsas adamları və onların başında dayanan Akif Çovdarov və digərləri həsb olunsa da, nədənsə MTN-nin İstintaq Baş İdarəsinin rəisi olmuş Mövlan Şıxəliyev barəsində anoloji qərar verilmədi. Bu isə sahibkarların və həm də elə bəzi bəzifəli şəxslərin kabusuna çevrilmiş Şıxəliyevin hələ də təhlükəli olmasından xəbər verir”. Bu sözlər DİA.AZ-a verilən məlumatda yer alıb.

Xəbəri verən mənbə bildirir ki, əslində Akif Çovdarovla yanaşı Mövlan Şıxəliyev də həbs olunmalı idi. Mənbənin söylədikləri: “Məhz onun əmr və göstərişləri ilə dövlət adına bu şəxslər reketçilik, adam oğurluğu, qarət və digər cinayətlərlə məşğul olublar.

Vəziyyət o həddə olub ki, Şıxəliyev Eldar Mahmudovdan güc alaraq polis sisteminə də nüfuz edə bilib. Bunun da nəticəsidir ki, onun övladı hələ də Bakı Şəhər Baş Polis İdarəsində həm vəzifəsini, və həm də saxta yolla aldığı kapitan rütbəsini qoruya bilib. MTN-nin İstintaq Baş İdarəsinin sabiq rəisinin oğlu Elgün Şıxəliyev bu gün Eldar Mahmudovun vəzifə başında olan adamları sırasındadır”.

Mənbə bildirir ki, amma buna rəğmən MTN-nin İstintaq Baş İdarəsinin sabiq rəisi vəziyyətinin gərgin olmasından və həbsinin belə real olduğundan tam olaraq məlumatlıdır: “Tam gərginlik içindədir və bu gün vəziyyətdən çıxa bilməsi üçün “yuxarıda” özünə himayədar axtarır. Amma dünənə qədər sahibkarlar məhz onun əmr və göstərişləri ilə MTN-nin təcridxanasında işgəncələrə məruz qalaraq talan edilib”.

Mənbə dia.az-a xatırladır ki, elə “TexnikaBank”ın sabiq rəhbəri Etibar Əliyevi dindirsələr, Mövlan Şıxəlieyvin əsl kimliyi ortaya çıxar. Qaynaq bu arada maraqlı bir faktı da açıqlayır:

“Eldar Mahmudov vəzifəsindən azad edilən günün özündə belə MTN-də nüfuzlu sahibkarlardan biri quldur dəstəsinin “qonağı” olub: “Vəziyyətin gərginləşəcəyini təxmin edən Mövlan Şıxaəliyev həmin sahibkarın saxlandığı kameranın qapısını şəxsən açaraq, ondan dərhal qaçmağı tələb edib. Sanki Mövlan Şıxəliyev həmin sahibkarın həyatını qurtarıb. Halbuki MTN-nin İstintaq Baş İdarəsinin sabiq rəisi bu yolla öz həyatını qurtarmağa çalışıb və sonunsu “qurbanlığın” ona qarşı alibi olacağını təxmin etdiyindən bu addımı atıb”.

Onu da bildirək ki, redaksiyamıza Şıxəluyevin digər cinayətlərilə bağlı da ilginc faktlar daxil olub. Bu barədə daha geniş bilgiləri təqdim edəcəyik. Bizi izləməkdə davam edin…

Bütün maraqlı tərəfləri dinləməyə hazırıq…

Həmçinin oxuyun

Daha 13 kənd işğaldan azad olundu

Müzəffər Azərbaycan Ordusu Zəngilanın Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli, Füzulinin Mandılı, Cəbrayılın Qazanzəmi, …

Bir cavab yazın