Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Xədicə İsmayılovanın şərti cəzasının müddəti azaldıldı

Xədicə İsmayılovanın şərti cəzasının müddəti azaldıldı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Xədicə İsmayılovanın şikayəti üzrə məhkəmə prosesi keçirilib.

 

APA-nın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə X. İsmayılova barəsində olan Cinayət Məcəlləsinin 192-ci maddəsi üzrə işə xitam verilməsini istəyib. Məhkəmə onun barəsində seçilmiş şərti həbs müddətini 3 il 6 aydan 2 il 3 aya qədər azaldıb.

 

Qeyd edək ki, X. İsmayılova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 7 il 5 ay müddətində azadlıqdan məhrum edilib. Ali Məhkəmə kassasiya şikayəti verən X. İsmayılovanın cəzasının 3 il 6 ay müddətinə şərti cəza ilə əvəzlənməsinə dair qərar qəbul edib və o, azadlığa buraxılıb. Ona ittiham olunduğu Cinayət Məcəlləsinin 179 və 308-ci maddələri üzrə bəraət verilib.

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …

Bir cavab yazın