Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Gündəm / Taleh Heydərov Gömrük Komitəsinə nəzarəti ələ keçirdi – Gömrük generalları təşvişdə

Taleh Heydərov Gömrük Komitəsinə nəzarəti ələ keçirdi – Gömrük generalları təşvişdə

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərov Dövlət Gömrük Komitəsində maliyyə axınlarına tam nəzarət edir.
Bu barədə AzToday.az-ı bilgiləndirən etibarlı mənbənin sözlərinə görə, Tale Heydərov Qərb ölkələrinin nüfuzlu universitetlərində təhsil alan onlarla gənci Gömrük Komitəsində işə qoyaraq, qurumun maliyyə axınlarına dəqiqliklə nəzarət etdirir. “Gömrük generalı Kəmaləddin Heydərovu belə aldadırmış…” başlıqlı yazıda bu məsələyə qısaca olaraq toxunraq bildirmişdik ki, Bakı Gömrük İdarəsinin rəisi Vüsal Novruzovun əsas “şef”inə etdiyi xəyanəti Tale Heydərovun DGK-ya yerləşdirdiyi kadrları ortaya qoyublar: Onlar Bakı Gömrük İdarəsinin rəisinin “qara kassa”ya daxil olan pulların məbləği barədə “yuxarı”ya yalan məlumat verdiyini və böyük məbləğdə pul mənimsədiyini aşkar ediblər.
Mənbənin sözlərinə görə, son vaxtlar gömrük generalları barədə ifşaedici məlumatların mediayaya sızması Taleh Heydərovun sözügedən kadrlarının əməyinin nəticəsidir: “Yaxın aylarda Gömrük Komitəsində ciddi kadr dəyişiklikləri olacaq. Gömrük generallarının həbsə atılacağı da istisna deyil. Ən yaxşı halda “qara kassa”ya pul atan gömrük generallarının əldə etdiyi sərvət əllərindən alınacaq. Tale Heydərovun adamlarının gömrük generallarının əldə etdiyi sərvətin mənbəyi barədə hazırladığı hesabatların əsasında Dövlət Gömrük Komitəsində həyata keçiriləcək “təmizləmələr” korrupsiyalaşmış dövlət qurumunun ictimaiyyətdə imicinin yüksəldilməsi məqsədi ilə mediada təqdim olunacaq. Halbuki burda əsas məqsəd Gömrük Komitəsinin maliyyə axınlarına nəzarəti yenidən ələ almaq və büdcədən yayındırılan pullara sahib çıxmaqdır”.
Qeyd edək ki, Kəmaləddin Heydərov 2005-ci ildə DGK sədrliyindən çıxarılaraq fövqəladə hallar naziri təyin olunmasına baxmayaraq, üzun müddət gömrük komitəsinin tam nəzarətində saxlaya bilmişdi. Lakin DGK sədri Aydın Əliyevlə Kəmaləddin Heydərovun yolları məlum səbəblərdən ayrıldıqdan sonra “fövqəl nazir” Vüsal Novruzov vasitəsi ilə gömrük sisteminin önəmli hissəsinə nəzarət edirdi. Görünür bunlar Kəmaləddin Heydərovu qane etməyib. Və Tale Heydərov vasitəsi ilə qurumu ələ almaq tapşırığı verib…

Həmçinin oxuyun

İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb

Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb. Dövlətimizin başçısı Azərbaycan …

Bir cavab yazın