Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Gündəm / Samir Şərifovun qohumu kimin ölümünə səbəb oldu? – İlginc iddia

Samir Şərifovun qohumu kimin ölümünə səbəb oldu? – İlginc iddia

“Mersi Bakı” restoranının sahibi Ruslan Zeynalovun oğlu Maqsud Zeynalovun ölümü ilə nəticələnən avtoqəza barədə ilginc məlumatlar əldə etmişik.
Qeyd edək ki, qəza iyunun 5-də Mərdəkan şossesində baş verib. Yayılan məlumatlarda bildirilirdi ki, 17 yaşlı Maqsud Zeynalov “Hyundai” markalı maşının sükanı arxasında olarkən idarəetməni itirib və maneəyə çırpılıb. O, elə hadisə yerində keçinib.
Daxil olan məlumatlarda isə iddia olunur ki, Ruslan Zeynalov sükan arxasında olmayıb. Maşını idarə edən başqa şəxs olub. Həmin şəxsin keçmiş təhsil naziri Lidiya Rəsulovanın nəvəsi, eyni zamanda maliyyə naziri Samir Şərifovun yaxın qohumu olduğu bildirilir. Bildirilir ki, Samir Şərifovun hadisənin mediaya sızmaması və ört-basdır edilməməsi üçün ciddi-cəhd göstərir. Qəzanın başvermə səbəbi və Samir Şərifovun qohumun adı da redaksiyaya məlumdur. Lakin bəzi dəqiqləşdirmələr apardığımızdan hələlik yazmırıq.(istiqlal.az)

Həmçinin oxuyun

Prezident bu ərazilərimizin işğaldan azad edildiyini açıqladı – SİYAHI

Prezident İlham Əliyev Ordumuzun işğaldan azad etdiyi növbəti ərazilərimizi açıqlayıb. Prezident “Tvitter”də paylaşım edib: “Müzəffər …

Bir cavab yazın