Bazar , Oktyabr 25 2020
Ana səhifə / Gündəm / Şərik rəfiqələr: ABŞERONDA SƏHİYYƏ BİZNESİ

Şərik rəfiqələr: ABŞERONDA SƏHİYYƏ BİZNESİ

İcra başçısı İradə Gülməmmədova rayonun baş həkimi Mehriban Qaralovayla birlikdə tenderləri necə qardaşlarının ixtiyarına buraxdı?

BİRİNCİ YAZI

Abşeron rayonunda baş verən hadisələr artıq əndazələr tanımır. Rayonun icra başçısı İradə Gülməmmədovanın qaş düzəltdiyi yerdə, vurub göz çıxarması isə adi hala çevrilib. JAM.AZ xəbər verir ki, rayonda tikinti biznesindən tutmuş, iş adamlarını aldatmağa qədər hər işlə məşğul olunur və bütün bunların altından da elə icra başçısının özü çıxır.

Şərik rəfiqlərəin dərman biznesi

Qeyd edək ki, Abşeronda icra başçısı İradə Gülməmmədovanın əsas gəlirli sahələrindən biri səhiyyədir. Uzun müddət rayonda pediatr işləmiş xanım icra başçısı keçmiş sələfi Zakir Fərəcovun sayəsində istədiyi qədər sağa-sola hərəkət etməyə imkan tapıb. Aydın məsələdir ki, rayondakı bütün xəstəxana və poliklinikaların hamısının dərmanla təhciz olunmasından tutmuş, avadanlıqların alınmasına qədər bütün işlər bir zamanlar İradə xanımın nəzarətində olub.
JAM.AZ xəbər verir ki, hazırda Abşeron səhiyyəsinə Mehriban Qaralova rəhbərlik edir. İradə Gülməmmədovanın yaxın rəfiqəsi olmaqla bərabər, həm də şəriki olaraq ad çıxarmış xanım Qaralovanın atdığı addımlar isə «xoruzun quyruğunu» çoxdan göstərməyə başlayıb.
Araşdırmalarımız zamanı məlum olub ki, hələ Zakir Fərəcovun vaxtından başlayaraq, hazırda da Abşeron səhiyyəsinə dərmanların, tibbi avadanlıqların alınmasını İradə Gülməmmədovanın dərman sektorunda ad çıxarmış qardaşları təşkil ediblər. Müxtəlif şirkətlər yaradaraq, onların adı altında tenderlərə girən qardaşlar, həm bacılarının karyerasının yüksəlməsinə yardımçı olublar, həm də Zakir Fərəcovun maraqlarını qoruyublar. Hazırda da analoji işləri qardaşlar görür.

«Kosmetika pulu» nədən çıxarılır?

JAM.AZ-a daxil olan məlumatlara görə, İradə Gülməmmədova vəzifə başına keçdikdən dərhal sonra şərikini yanına çağıraraq, əvvəlki qaydalarla işləyəcəklərinə təminat verib. Qeyd edilir ki, elə bu razılaşmadan sonra Mehriban Zeynalova Gülməmmədovanın qardaşlarını çağıraraq, fəaliyyətə başlayıblar.
Rəqəmlərə diqqət yetirdikdə əməliyyatların kifayət qədər şişirdildiyini aydın şəkildə görmək mümkündür. Məsələn, Abşeronun baş həkimi bir ildə iki dəfə dəftərxana ləvazimatlarının alınması üçün pul ayrılmasına nail olub. Birinci dəfə 40 min manat ayrılsa da, şərik rəfiqələrə çatmayıb. Ona görə də, ilin ortasında daha 31159 manat pul ayrılması üçün tender elan ediblər.
Abşeronun səhiyyə işçiləri öz aralarında zarafatla deyirlər ki, belə vəsitlər baş həkimlə icra başçısının kosmetika və gözəllik salonları xərclərini qarşılamaq üçün nəzərdə tutulub.

Qardaşların «SRS-Company» şirkəti

İradə Gülməmmədova və Mehriban Qaralovanın əsas «qalxan»ları isə icra başçısının qardaşlarıdır. Çünki xanım Gülməmmədovanın qardaşları dərman sektorunda fəaliyyət göstərməklə yanaşı, həm də Abşerondakı əksər tenderlərdə iştirak edirlər.
JAM.AZ-ın araşdırmaları zamanı belə məlum olub ki, İradə Gülməmmədovanın qardaşları «SRS Company» adlı şirkət yaradaraq, rayonda keçirilən əksər tenderlərə qatılıblar. Məsələn, bu şirkət həm avadanlıqların alınmasında, həm də dəftərxana ləvazimatlarının təmin edilməsində iştirak edib. Bir şirkətin bu qədər «hərşeyşünas» olması kifayət qədər müəmmalıdır.
Rəqəmlərə diqqət yetirdikdə belə başa düşülür ki, şərik rəfiqələr işlərini bir qədər ustalıqla görməyə çalışıblar. Amma prosesin müəyyən mərhələsində özləri də bilmədən, gedişatı dəyişə bilməyiblər. Məsələn, Abşeron Səhiyyə İdarəsinə idarə və digər alış-verişlər üzrə xərcləri üçün bir ildə 5-6 dəfə pul ayrılıb. Bu pulların toplam məbləği 99 min manat təşkil edib. Həmin işləri isə yenə də qardaşlara məxsus «SRS Company» həyata keçirib.
Amma bu şirkət təkcə həmin mərhələdə tenderin qalibi olmayıb. Eyni zamanda, ehtiyat hissələrinin satın alınmasına da qatılıb və 13500 manatlıq əməliyyat həyata keçirib. Ardından isə digər maşın və avadanlıqların alınmasını da reallaşdırıb ki, nəticədə 282 min manatlıq bir ödəniş nəzərə çarpır.

«Universallıq»ın bu qədəri

«SRS Company» şirkətinin əməliyyatları daha sonra mebel sektorunu da əhatə edib. JAM.AZ xəbər verir ki, Abşeron səhiyyəsi üçün yumuşaq və bərk inventarların həyata keçirilməsi zamanı 140 min manatlıq bir əməliyyata imza atılıb. Bu pulun 59387,04 manatı yumuşaq inventarların, 82991,76 manatı isə bərk inventarların satın alınmasına kağız üzərində «sərf» edilib.
Hərçənd həm mebel, həm dəftər-kağız alıb, sonra da mebel satışını təşkil edərək, binanın təmirinə girişə biləcək şirkət Azərbaycanda demək olar ki, yox həddədir. Amma İradə Gülməmmədovanın qardaşları o qədər «universal»dırlar ki, onların əli bütün işlərdən çıxır. Maraqlıdır, yalnız Abşeron rayonunda. Digər rayonlarda isə bu şirkətin adı ümumiyyətlə, diqqəti çəkmir.
Elə bu səbəbdəndir ki, «SRS-Company» MMC mətbəə xərclərinin satınalmalarını reallaşdırıb. Şərik rəfiqlərin 21 min manatlıq əməliyyatının sonunda isə ortada heç də diqqəti çəkməyib.
Ardından isə bir ildə iki dəfə təmir xərcləri üçün pul ayrılmasına nail olublar. Nəticədə, birinci dəfə 14321 manat, ikinci dəfə isə 20746 manatlıq bir «gəlir» sahəsi yaradılıb. Amma bu pullara rəğmən, haranın təmir edildiyi məlum deyil.
Mövzu ilə bağlı araşdırmalarımız davam edir.

P.S. İradə Gülməmmədovanın Abşeronda Zakir Fərəcovun yaratdığı sistemi necə qoruduğu, hazırda tikinti sahəsində yaşanan biabırçılıqlar, habelə ev tikmək istəyənlər üçün İcra Hakimiyyətində hansı bazarın açılması barədə geniş məlumat verəcəyik. Qarşı tərəfi də dinləməyə hazırıq.

Həmçinin oxuyun

Prezident bu ərazilərimizin işğaldan azad edildiyini açıqladı – SİYAHI

Prezident İlham Əliyev Ordumuzun işğaldan azad etdiyi növbəti ərazilərimizi açıqlayıb. Prezident “Tvitter”də paylaşım edib: “Müzəffər …

Bir cavab yazın