Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Gündəm / Qəribə və gülünc səbəblərlə işdən çıxarılan insanlar- Çox təəccüblənəcəksiniz

Qəribə və gülünc səbəblərlə işdən çıxarılan insanlar- Çox təəccüblənəcəksiniz

Moderator.az dünyanın müxtəlif yerlərində qəribə və gülünc səbəblərlə işdən çıxarılan insanlardan bir neçəsini təqdim edir:
1-2012-ci ildə qoca vaxtında işdən çıxarılan Riçard Eggersin vəzifəsindən uzaqlaşdırılma səbəbi hamını təəccübləndirdi. O, 1963-cü ildə, yəni işdən qovulmazdan 49 il əvvəl evində xarab olan paltaryuyan maşını işə salmaq üçün nazik kardonları pul formasında kəsərək, onlardan maşının təmirində istifadə edir. Məqsədinə çatır. Lakin sonradan bunu xüsusi bacarıq kimi danışan qoca iş yerindən uzaqlaşdırılır. Onu kağızı niyə pul formasında kəsib paltaryuyanı təmir etdiyi üçün günahlandırırlar.
2-ABŞ-ın Dallas ştatında məktəbli qızlardan ibarət  basketbol komandasının məşqçisi Micar Qrimeh maraqlı səbəb üzündən işdən çıxarılır.  Rəqib komandaya 100:0 hesabı ilə qalib gəldikdən sonra onlardan niyə üzr istəmədiyini əsaslandırıb, məşqçini işdən qovurlar.
3-178 sm boyu və cəmi 54 kq çəkisi olan model Filippa Hamilton çalışdığı moda şirkətindən artıq çəkiyə sahib olduğu üçün qovulur. Təsəvvür edin, 54 kq və artıq çəki üzündən qovulma…
4-Yeni Zellandiyalı Viki Valker iş yoldaşlarına yolladığı qrup e-mail mesajında CAPS-LOCK-dan istifadə etməklə mesajı böyük hərflərlə yazdığı üçün işdən çıxarılıb.
5-Nyu-Yorkda müəllimə kimi çalışan Kassandra Fleminq dördüncü sinif şagirdlərindən münasibətdə olmaq üçün bəzi tövsiyyələr xahiş etdiyi üçün işdən qovulur.
6-Floridada bir restoranda xörəkpaylayan işləyən Xuan Kanales iş yerinin yaxınlığında bir oğrunun avtomobilinə minmək istəyən qadına hücum etdiyini görür. Özünü hadisə yerinə çatdıran Kanales  oğrunui zərərsizləşdirir, qadını da xilas edir. Amma bunun müqabilində ona “çox sağ ol” deyilmir, əvəzində işdən qovulur. Səbəb kimi isə iş yerini icazəsiz tərk etməsi göstərilir.

Həmçinin oxuyun

Qarabağ müharibəsi və FETÖ-nun Azərbaycanda son çırpıntıları…

Azərbaycan-Türkiyə münasibətlərinin ən pik inkişaf nöqtəsinə çatması böyük tarixi zərurət idi. İki ölkə arasındakı bu …

Bir cavab yazın