Bazar , Oktyabr 25 2020
Ana səhifə / Gündəm / “Patchi” şokolad şirkətini bölə bilmirlər – Gömrük işçisinin şərikli biznesi

“Patchi” şokolad şirkətini bölə bilmirlər – Gömrük işçisinin şərikli biznesi

Məsələ Aydın Əliyevin qəbuluna qədər böyüyə bilər

Məşhur “Patchi” brendli şokolad firmasının mağazası 2009-cu ildən Bakı şəhərində fəaliyyət göstərir. Məlumat üçün bildirək ki, mağazanın sahibi İkram Hacıyevdir. Qafqaznews.az-ın redaksiyasına daxil olan məlumatdan bəlli olur ki, İkram Hacıyev bu biznesə başlayanda onun Nicat adlı şəriki olub. Nicat keçmiş icra başçılarından birinin oğludur. Daxil olan məlumatda o da qeyd olunur ki, “Patchi” şirkətinin üstündə İkram Hacıyevlə şəriki Nicatın arasında konflikt yaranıb. Məlumatın digər maraqlı tərəfi odur ki, İkram Hacıyevin Nicatdan başqa Xaliq adlı gömrük işçisi olan üçüncü şəriki də var.

Sonda İkram Hacıyev bu iki şərikinin təhdidlərindən bezərək bir müddət xarici ölkələrin birində yaşamağa məcbur olub. Ancaq təzəlikcə İkram Hacıyev Bakıya qayıdaraq, əmlakının xeyli hissəsini satışa çıxarıb. Bir sözlə, şəriki Nicat bir tərəfdən, digər şəriki-gömrük işçisi olan Xaliq digər tərəfdən bu şəxsin biznesini artırmağa imkan vermirlər.

Nicat adlı şərikinin İkram Hacıyevlə “Patchi” şirkəti ilə bağlı probleminin yaşandığı bəllidir. Ancaq Xaliq adlı şəriki İkrama qarşı adekvat tədbir atmağa hazırlaşdığı üçün, İkram ondan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevə şikayət etməyə hazırlaşır. Məlumat verən mənbə bildirir ki, şərikləri İ.Hacıyevi sıxışdırır və ondan böyük məbləğdə “kompensasiya” tələb edirlər.

Qeyd edək ki, “Patchi” mağazasının təqdimatı 2009-cu il Martın 7-də keçirilib, mağazanın açılışında tanınmış telejurnalist Nərgiz Cəlilova aparıcılıq edib. Azərbaycanda açılan mağaza dünya üzrə 143-cüdür. “Coca-Cola”nın Azərbaycan nümayəndəliyi həmin firmanın Azərbaycandakı sponsorudur. Mövzu ilə bağlı araşdırmamız davam edir.

Həmçinin oxuyun

Prezident bu ərazilərimizin işğaldan azad edildiyini açıqladı – SİYAHI

Prezident İlham Əliyev Ordumuzun işğaldan azad etdiyi növbəti ərazilərimizi açıqlayıb. Prezident “Tvitter”də paylaşım edib: “Müzəffər …

Bir cavab yazın