Bazar , Yanvar 17 2021
Ana səhifə / Gündəm / Parkomatlarda tariflər necə tənzimlənir? (VİDEO)

Parkomatlarda tariflər necə tənzimlənir? (VİDEO)

Ekspert: “Bunu tənzimləyən qanun olmalıdır”

Şəhərin müxtəlif yerlərində fərqli qiymətlər tətbiq edilir. Üstəlik bununla bağlı üzərində qiymətlə bağlı lövhələr də yoxdur. Söhbət paytaxt daxilində quraşdırılan parkomatlardan gedir. Sürücülərin narazılığına səbəb olan bu halların əsas səbəbini isə ekspertlər qanun boşluğu ilə izah edirlər.
Paytaxt daxilində quraşdırılan parkomatların tariflərinin arasındakı qiymət fərqi və tariflərin yüksək olması sürücüləri narahat edir. Belə ki, sürücülər avtomobili 1 saat park etmək üçün bəzi yerlərdə 50 qəpik, bəzi yerlərdə isə 1 manat ödəyirlər.
Bundan əlavə əvvələr bir çox parkomatların üzərində tariflər yazılırdı. İndi bu lövhələrə daha az rast gəlinir.
Ekspertlər bildirir ki, bu məsələdə başlıca problem pullu dayanacaqların hüququ statusunu, tariflərini və iş rejimini tənzimləyən normativ hüququ aktların olmamasıdır. Əgər hüquqi baza olsa və xarici ölkələrin təcrübələri öyrənilsə bu cür problemlər yaşanmaz.
Parkomatlara nəzarət edən xüsusi təyinatlı avtonəqliyyat idarəsindən isə bildirilir ki, qiymət lövhələri yeniləri ilə əvəzlənməsi üçün aparatlardan çıxarılıb. Tariflər arasındakı fərqə gəldikdə isə bu zonalara görə müəyyənləşir və qiymətlərin azaldılması gündəmdə deyil. /Xəzər TV/ 
 

Həmçinin oxuyun

“Deputatın qardaşı əmlakımı qanunsuz yolla ələ keçirib” – İTTİHAM

Bakı şəhər sakini Nərgiz Səfərova əmlakının qanunsuz yolla ələ keçirildiyini iddia edir.Bu barədə “Report”a məlumat …

Bir cavab yazın