Şənbə , May 25 2019
Ana səhifə / Gündəm / “Parabank” və “Kia”da yoxlamalar başlayıb

“Parabank” və “Kia”da yoxlamalar başlayıb

40 milyonluq “qara para” məsələsi yenidən gündəmdə

“Parabank” və “Kia Motors” MMC-nin müştərək cinayəti barədə məlumat vermişdik.

Redaksiyamıza daxil olan məktubda bildirilirdi ki, “Kia Motors”un dövlətdən gizlətdiyi 40 milyona yaxın pulu “Parabank”ın Nəsimi filialında qeyri-qanuni şəkildə saxlanılıb və müəyyən müddətlərdə dövriyyəyə buraxılıb. Bir neçə il davam edən bu proses pulun bir qisminin yoxa çıxması nəticəsində baş verən ölüm hadisəsindən sonra ifşa olunub.

Belə ki, “Kia Motors” MMC-nin rəhbəri Səxavət Səfərovun “Parabank”da həmin pullara nəzarət edən etibarlı adamı müəmmalı şəkildə intihar edib. Bundan sonra məsələ ilə bağlı cinayət işi açılıb və hüquq-mühafizə orqanları bankdakı qanun pozuntularının təftişinə başlayıb. Məlumata görə, hər iki qurumda Vergilər Nazirliyi də böyük yoxlamalara başlayıb və doğrudan da milyonlarla vəsaitin vergidən yayındırılması, daxil olmalarla bağlı sənədlərin saxtalaşdırılması və başqa cinayət əməlləri aşkarlanıb.

Aznews.az Vergilər Nazirliyinin həqiqətən də “Parabank” və “Kia Motors” MMC-də yoxlamalar apardığını əks etdirən sənəd yayıb. Sənəd hər iki qurumdan şikayət edən vətəndaşa göndərilən rəsmi cavabdır. Məktubda hər iki qurumda uzun müddətli yoxlamalara başlanıldığı qeyd olunur.
Qeyd edək ki, “Yeni Müsavat”a daxil olan məlumatda iddia olunur ki, “Kia Motors Az” MMC-nin gizli himayəçisi Tariyel Ağayevdir. Vaxtilə mərhum eks-prezident Heydər Əliyevin köməkçisi olmuş T.Ağayev hazırda Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş üzrə şöbədə məsləhətçi vəzifəsində çalışır.

E.HÜSEYNOV

Həmçinin oxuyun

Bələdiyyə sədri qadının evini 130 minə başqasına satıb – İcra başçısını qəbulunda olay

Abşeron rayonu icra hakimiyyətinin başçısı İradə Gülməmmədova bu günlərdə Masazırda sakinlərlə görüşü vaxtı gözlənilməz anlar …

Bir cavab yazın