Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Gündəm / Nikaha daxil olmaq istəyənlərdən 6228 nəfərində talassemiya aşkar olundu

Nikaha daxil olmaq istəyənlərdən 6228 nəfərində talassemiya aşkar olundu

“2015-ci ilin iyun ayının 1-dən bu günə kimi (9 ay ərzində) nikaha girmək istəyən 107500 şəxs müayinədən keçmiş və onların 6228-nin talassemiya daşıyıcısı olması aşkar edilib. İl ərzində isə 180 min nəfərin müayinəsi nəzərdə tutulur”.

Virtualaz.org xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.

O bildirib ki, son illər qan xəstəliklərində artım müşahidə olunmur: “Dünya statistikasına baxsaq görərik ki, hər il leykozla xəstələnmə 100 min nəfərə 9-13 halda rast gəlinir. Amerikada bu göstərici daha yüksəkdir. Orada 100 min nəfərə 30 xəstələnmə halı təşkil edir. Bizdə isə hər 100 nəfərə 4-5 xəstələnmə kimi qeyd olunur. Xəstəliyin aşkar olunması xəstəliyin artması deyil. Əslində şəraitin yaxşılaşdırılmasıdır ki, xəstəlik ilkin mərhələdə aşkarlanır”, – deyə Zöhrə Əlmirzəyeva bildirib

Həmçinin oxuyun

Təhsil naziri kimdən kimə şikayət edir?

“Biz sual verməliyik – necə oldu ki, bu adam direktor oldu? Səmimi deyirəm – bu, …

Bir cavab yazın