Cümə axşamı , Sentyabr 19 2019
Ana səhifə / Gündəm / Nazir müavininin gözətçisi də cangüdənlə gəzir

Nazir müavininin gözətçisi də cangüdənlə gəzir

 

Nəqliyyat nazirinin müavini bütün yaxınlarına mühafizəçi təyin edib

Bu ilin fevralında nəqliyyat naziri Ziya Məmmədova müavini təyin olunan Arif Əsgərovun yaşam tərzi haqda redaksiyamıza maraqlı məlumatlar daxil olub. Bildirilir ki, A.Əsgərov nazir müavini təyin olunandan sonra cangüdənlərinin sayını artırıb. Onun Londonda yaşayan oğlu Azər Əsgərovdan tutmuş Bakıda yaşayan yaxınlarının hər biri cangüdənlə gəzir.

Hətta onun mülklərində qarovul çəkənlərə də cangüdənlər ayrılıb. A.Əsgərovun bunu hansı səbəbdən etdiyi bilinmir. Belə ehtimallar var ki,  A.Əsgərov nazir müavini təyin olunduqdan sonra ona və yaxınlarına qarşı xoşagəlməyən addımlar atılacağından ehtiyat edir. Görünür, bunun üçün A.Əsgərovun ciddi əsasları var.
Arif Nəriman oğlu Əsgərov 1961-ci il yanvarın 1-də Tovuz rayonunun Qovlar qəsəbəsində anadan olub. 1982-ci ildə Moskva Dəmir Yolu Nəqliyyatı Mühəndisləri İnstitutunun “Dəmir yolunun iqtisadiyyati və idarə edilməsi” ixtisasını bitirib. 1982-1989-cu illərdə Azərbaycan dəmir yolu Bakı maliyyə şöbəsinin müfəttişi, 1989-1993-cü illərdə yolun mühasibat və maliyyə xidməti rəisinin müavini işləyib. 2009-cu ildən isə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin edilib.
Avtobioqrafiyasından göründüyü kimi, A.Əsgərov həyatı boyu bizneslə məşğul olmayıb, daim büdcədən əmək haqqı alıb. Amma saysız-hesabsız mal-mülkə sahibdir.  Arif Əsgərovun Novxanıda hər birinin dəyəri bir neçə milyon dollarla ölçülən 3 bağ evi, “Vorovski”də 4  villası, şəhərin mərkəzində yeni tikilmiş  binalarda 6 evi, Londonda, İstanbulda mülkləri, Azərbaycanın müxtəlif rayonlarında rezidensiyaları var.
 
Amma bu hələ Arif  Əsgərovun mülklərinin, sərvətinin tam siyahısı deyil. Və təbii ki, bu qədər varidat qanuni şəkildə qazanılan pulların hesabına alınmayıb. Belə görünür ki, nazir müavini həmin varidatın varlığından bir çox maraqlı dairələrin xəbərdar olduğunu bilir. Qorxusu da buradandır. Görünür, yaxınlarının və özünün həyatından hansısa narahatlıqları onu çoxsaylı cangüdənləri işə götürməyə sövq edib.
 
Burada maraqlı bir məqam var – görəsən, həmin saysız cangüdənlərə nazir müavini aylıq bir neçə min manatı haradan alıb verir? 
A.Əsgərov hələ ASC sədri olanda adı dəfələrlə korrupsiyada hallanıb. Sonuncu dəfə onun adı 48 milyon manatın mənimsənilməsi işində keçib. Həmin vaxt A.Əsgərovun yaxın qohumu həbs olunaraq istintaqa cəlb edilmişdi. Sonradan isə bu faktın üstü ört-basdır olundu. Beləcə, 48 milyon manat mənimsənildi. A.Əsgərov isə nazir müavini oldu…
 

Həmçinin oxuyun

Vidadi Zeynalovun oğlu ilə bankir kürəkəninin şirkəti haqda sənədlər yayıldı

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov azadlığa çıxdıqdan sonra Şamaxıdakı restoran …

Bir cavab yazın