Ana səhifə / Siyasət / Əli Kərimlinin keçmiş müavini cəbhəçiləri ittiham etdi

Əli Kərimlinin keçmiş müavini cəbhəçiləri ittiham etdi

Dünən Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP) istefa vermiş, artıq keçmiş sədr müavini Əbülfəz Qurbanlı facebook sosial şəbəkəsində ünvanına səslənən ittihamlara cavab verərkən bəzilərinin saxta profil arxasında gizləndiyini vurğulayıb.

Maraqlıdır ki, Ə.Qurbanlı saxta profillə facebookda “meydan sulayan”lardan bəzilərinin AXCP-çilər olduğuna işarə edib.

O, bununla bağlı bildirib: ”Saxta profil arxasında gizlənən özümüzünkülər – Mikayıl Bayramov arxasında gizlənən şəxs və başqaları… Dedim axı, hamını tanıyıram…”

Ə.Qurbanlı keçmiş partiyadaşlarına “bacardınız, bundan sonra da riyakarlıq etməyin” deyə mesaj ünvanlayıb.

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …

Bir cavab yazın