Cümə axşamı , Sentyabr 19 2019
Ana səhifə / Gündəm / Məkkədə ölən azərbaycanlı zəvvar kimdi? – Foto

Məkkədə ölən azərbaycanlı zəvvar kimdi? – Foto

Bu gün Həcc ziyarətində qəfil dünyasını dəyişmiş azərbaycanlı zəvvar Lider TV-nin əməkdaşının qohumu olduğu bildirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı aznews.az-a Lider TV-nin jurnalisti Elnur Niftəliyev verib.
Bildirib ki, zəvvar barədə yayılan bəzi informasiyalar həqiqəti əks etdirmir:

“Həcc ziyarətində vəfat edən həmyerlimiz Fəxrəddin Oruc oğlu Zeynalov uzaq qohumumdur. Ürək tutmasından qəfil dünyasını dəyişən, əslən Qubadlı rayonunun Dondarlı kəndindən olan Fəxrəddin dayı Xırdalan şəhərində yaşayırdı.

Su idarəsində işləyirdi. Yayılan məlumatlarda 55 yaşı olduğu bildirilsə də, əslində Fəxrəddin dayı 1954-cü ildə anadan olub, ötən il 60 illik yubileyi qeyd edilmişdi. Məcburi köçkün olan Fəxrəddin dayı 3 oğul, bir qız atası idi. Hazırda mərhumun yaşadığı Xırdalan şəhərində qohumları bir araya gəlib, onun yas mərasiminə hazırlaşırlar. Mərhumun yas mərasimi sentyabrın 29-da Sumqayıt şəhərində təşkil olunacaq.

Allah digər zəvvarlarımıza sağ-salamat vətənə qayıtmağı nəsib etsin”.

 

Məkkədə ölən azərbaycanlı zəvvar kimdi? -  Foto

 

Həmçinin oxuyun

Vidadi Zeynalovun oğlu ilə bankir kürəkəninin şirkəti haqda sənədlər yayıldı

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov azadlığa çıxdıqdan sonra Şamaxıdakı restoran …

Bir cavab yazın