Bazar ertəsi , Sentyabr 16 2019
Ana səhifə / Gündəm / “İlhamə Quliyevanı şantaj edib ürəyini partlatdılar” – VİDEO

“İlhamə Quliyevanı şantaj edib ürəyini partlatdılar” – VİDEO

ARB TV-də yayımlanan “Elin gözü” proqramında mərhum xalq artisti İlhamə Quliyevadan bəhs olunub.

İlk olaraq müğənni Əli Mirəliyevin qızı Samirə Mirəliyeva İ.Quliyevanın şəkər xəstəsi olmasından danışıb:

“2009-cu ildən İlhamə xanıma baxırdım. Bir dəfə halı pisləşdi, xəstəxanaya apardılar. Eldar müəllimin (İ.Quliyevanın dayısı oğlu – red.) qızı ilə xəstəxanaya getdik, dəhşətli vəziyətdə gördük. İlhamə xanım elə pis idi ki… Elə bil onu qutuya salmışdılar. Onun yanında Orxan və dostu Vüqar var idi. Ayaqları pis halda idi. 2008-ci ildə ayağından yara çıxdı, şəkər idi. Hamıdan gizlədirdi, dərin yaraları var idi. Basqı altında oldu, onu mənəvi öldürdülər. İndi miras davası döyənlərə dəfələrlə yığıb deyirdim, gəlin. Heç olmasa, ona bir gün siz baxın. Deyirdilər, öləndə gələrik. Ölümündən iki həftə əvvəl vəziyyəti daha da pisləşmişdi, yeriyə bilmirdi. Onu güclə ora-bura daşıyırdıq. Ona bir kişi zəng edib şantaj edirdi ki, “Bizdə səsyazıların var”. Adını bilmirdik, amma səsini eşidirdik. Bunu çox ürəyinə saldı”.

Daha sonra Ə.Mirəliyev mərhum xalq artistinin bacılarının miras davası etmələrindən söz açıb.

İ.Quliyevanın dayısı oğlu Eldar İsmayılov məsələ ilə bağlı bunları deyib:

“Ətrafına son vaxtlar yığışan insanların məqsədi ona kömək yox, istifadə etmək idi. O, kişi kimi pul xərcləyən idi. Qohumları da onu görməyə gəlirdi. İndi məhkəməyə gedib, aralarında problem yaradıb, pul bölmək istəyənlər var. İlhamə xanıma hamı bəxtəvər deyirdi. Onun nə ailəsi, nə uşağı var idi. Kimə yardım göstərirdi, bilirdi ki, onunla səmimi deyil. İlhamə Quliyevanın ürəyi partladı. Bütün zənglərə özü cavab verirdi. Onun yanında olan xadimə deyirdi ki, hadisə gecə olub. Ona zəng edib şantaj edirdilər. Onun ürəyini partlatdılar. İlhamə qorxaq idi, el arasında biabır olmaqdan çəkinirdi. Övladsız qadına pis baxırdılar”.

İ.Quliyevanın ölümündə təqsirli bilinən Mehriban Hüseynova onunla bağlı etibarnaməni təqdim edib:

“Həmişə dostu kimi mənə dərdini deyirdi. Deyirdi ki, məndən sonra adımı yaşadacaqsan. Mənim xaricdə yaşayan dayım oğlunu, Əli Mirəliyev və qızı Samirəni taparsan. Adıma fond yaradarsınız, əsgərlərə, kasıb insanlara kömək edərsiniz. Hər zaman bu sözü deyirdi. Bununla bağlı mənə etibarnamə verdi. Bu kağıza görə məni həbs də etdirdilər. Bu kağız İlhamə Quliyeva öləndən sonra etibarını itirdi”.

Əməkdar artist Cavanşir Məmmədov İlhamə Quliyeva ilə olan yaxınlığından danışdı:

“İlhamə xanım neçə ildə tək oturub çörək yeməyib. İlhamə xanım yaltaq deyildi, 5 üzlü adam deyildi, uşaq kimi idi. Buna görə də bəyənmirdilər. İlhamə xanımın mən də iki yüz min dollar pulu oldu. Gedib bankdan çıxartdıq. Dedi ki, heç kim bilməsin. Hətta mənə dedi ki, Firuzə də bilməsin. Dedim ki, Firuzə xanım biləcək. Firuzəni heç kimin ayağına verməmişəm, sənin də ayağına vermərəm. O pul 2 ay bizdə qaldı. Soruşdum ki, sənin yaxın adamı yoxdu? Dedi ki, yaxınım var amma ən yaxını sənsən”.

 

Həmçinin oxuyun

Şərurda sənaye məhəlləsi yaradılır – Fərman

Prezident İlham Əliyev sentyabrın 13-də “Şərur Sənaye Məhəlləsinin yaradılması və “Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin …

Bir cavab yazın