Çərşənbə axşamı , Noyabr 12 2019
Ana səhifə / Gündəm / “İldə 15-17 yaşlı qızlar 3 min uşaq dünyaya gətirirsə, bu, bizi narahat etməlidir” – Sədr müavini

“İldə 15-17 yaşlı qızlar 3 min uşaq dünyaya gətirirsə, bu, bizi narahat etməlidir” – Sədr müavini

“Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində məişət zorakılığı ilə bağlı məlumat bankı yaradılacaq. Söhbət fiziki məişət zorakılığından gedir”.

APA-nın məlumatına görə, bunu bu gün Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının İşçi qruplarının iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova bildirib. S. Qəhrəmanova deyib ki, cinsi ayrı-seçkiliklə bağlı məsuliyyətə görə məsuliyyət qanunvericilikdə nəzərdə tutulsa da, bununla bağlı mexanizm yoxdur: “İnsan alverinə qarşı mübarizə ilə əlaqədar iki dəfə Milli Proqram qəbul olunub, ancaq hələ də bu istiqamətdə işlər görülməlidir. Azərbaycanda il ərzində qeydə alınan məişət zorakılığı insan alveri hallarından 8-9 dəfə çoxdur. Məişət zorakılığı haqqında Milli Fəaliyyət Proqramının hazırlanmasına və qəbul edilməsinə ehtiyac var. Məişət zorakılığına məruz qalanlar üçün sığınacaqlarla bağlı da çatışmazlıq var. Yeddi QHT tərəfindən belə sığınacaqlar yaradılsa da, yetərli deyil. Bu sahədə maddi problemlər var”.

Dövlət Komitəsi sədrinin müavini bildirib ki, qız uşaqlarının erkən yaşda ərə verilməsi təhsildən yayınma, reproduktiv sağlamlıqla bağlı problemlərin yaranmasına səbəb olur: “Bu istiqamətdə görülən işlər öz səmərəsini verir. İl ərzində 15-17 yaşlı qızlar 3 minə yaxın uşaq dünyaya gətirirsə, bu, bizi narahat etməlidir. Bu qədər uşaq dünyaya göz açırsa, bununla bağlı qanunvericiliyə uyğun olaraq hansı sayda günahkarlar məsuliyyətə cəlb edilir? Bu sahədə hüquq-mühafizə orqanları ilə bərabər digər icra strukturları da qanunvericiliyi pozan insanların məsuliyyətə cəlb olunmasında aktıv iştirak etməlidir. Yerli orqanlar da bu sahədə problemlərə həssaslıqlarını artırmalıdırlar”.

Həmçinin oxuyun

“Böyük Fırat”ın Bakıda yaratdığı BÖYÜK TƏHLÜKƏ…

“Leş Tofiq” həbs edilsə də, paytaxtda 1 manata satılan, onkoloji xəstəlik yayan ucuz ətin dönəri …

Bir cavab yazın