Şənbə , Yanvar 23 2021
Ana səhifə / Gündəm / İcra başçılarının vəzifədən getməsinin – Pərdəarxası

İcra başçılarının vəzifədən getməsinin – Pərdəarxası

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev iki rayonun icra başçısını işdən çıxarıb. Dövlət başçısının sərəncamına əsasən, Mahmud Nayfalı oğlu Quliyev Cəbrayılın, Akif İsmayıl oğlu Səlimov isə Laçının icra başçısı vəzifəsindən azad edilib.

“Qafqazinfo”nun məlumatına görə, Mahmud Quliyev bu ilin yanvar ayında Biləsuvar rayonunda məskunlaşan cəbrayıllı məcburi köçkünləri təhqir etməsi ilə gündəmə gəlmişdi. O, toplaşaraq şikayətlərini bildirmək istəyən bir qrup şəxsi aşağılamış və hətta söymüşdü.

Sabiq icra başçısı sonradan bu məsələ ilə bağlı verdiyi açıqlamada söyüşləri öz qohumuna qarşı işlətdiyini bildirmişdi:

“Öz qohumlarıma demişəm ki, “axmaq, köpəkoğlu, burda nə axtarırsan? Öz qohumlarımdı, ərk edib demişəm. İçib piyan olub, kafedən çıxıb yığışmışdılar”.

Laçının eks-icra başçısı Akif Səlimovun da barəsində mətbuatda dəfələrlə şikayətlər dərc olunub. Rayon sakinləri mediaya üz tutaraq onların şikayətlərini araşdırmaq və təbdir görmək əvəzinə sabiq icra başçısının tamam fərqli yol tutduğunu qeyd ediblər. Səlimov sakinlərin problemlərini qabartmağa çalışan mətbuat nümayəndələrinə hətta pul təklif etməkdən də çəkinməyib.

Xatırladaq ki, Prezident Administrasiyası rəhbərinin müavini, ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev bu gün icra başçıları ilə bağlı verdiyi açıqlamada bunları deyib:

“Onlar öz fəaliyyətlərini prezidentin qarşımıza qoyduğu tələblər səviyyəsində qura bilməmiş, vətəndaşların problemlərinə laqeydlik, biganəlik göstərmiş, insanlarla münasibətdə qeyri-səmimilik və kobudluq nümayiş etdirmiş, təvazökarlıqdan uzaq hərəkətlərə yol vermişlər”.

Qeyd edək ki, Prezident İlham Əliyev “Regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramının ikinci ilinin yekunlarına həsr olunmuş toplantıda vurğulayıb ki, ölkədə heç kəs toxunulmaz deyil, əgər bəzi yüksək vəzifəli şəxslər qanunu pozurlarsa, öz vəzifə borclarını yerinə yetirə bilmirlərsə, onlar mütləq cəzalandırılacaqlar.

Həmçinin oxuyun

Siyavuş Novruzov Əli Həsənovu “beşinci kolon”un üzvü adlandırdı

Milli Məclisin deputatı Siyavuş Novruzov Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sabiq sədri …

Bir cavab yazın