Cümə , Aprel 26 2024
Ana səhifə / Gündəm / Hepatit C-yə yoluxanların sayı artıb

Hepatit C-yə yoluxanların sayı artıb

“Son illər hepatit virusu ilə bağlı müraciətlər artıb. Ötən il Kliniki Tibbi Mərkəzin hepatit şöbəsinə 1197 xəstə gətirilib. Onlardan 454-nün vəziyyəti ağır olub”.

Virtualaz.org saytı xəbər verir ki, bunu şöbənin rəhbəri Zərifə Tağıyeva bildirib.

Z.Tağıyeva deyib ki, müraciət edənlərin əksəriyyəti hepatit C virusuna yoluxub: “Səhiyyə Nazirliyinin əmri ilə hepatitli xəstələrin müayinə və müalicəsinə nəzarət edəcək xüsusi komissiya yaradılıb. Hazırda bu komissiya tərəfindən 5700 xəstə qeydiyyata alınıb. Bu xəstələr pulsuz müayinə və müalicələrə cəlb edilib, dərmanla təmin olunublar”.

Şöbə müdiri ötən il 6900 hepatitli xəstənin müayinədən keçirildiyini deyib. “Hepatitlə müraciət edən xəstələrin 485-i müxtəlif rayonlardan gələnlərdir. Təəssüf ki, bəziləri səhhəti ağırlaşandan sonra müraciət edirlər. Bu xəstəliyin müayinə və müalicəsi olduqca bahadır. Lakin nazirlik müalicə və dərman xərclərini öhtəsinə götürüb”,-Z.Tağıyeva deyib.

Həmçinin oxuyun

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb – FOTOLAR

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gün fəaliyyətini dayandırıb. Bu münasibətlə Azərbaycan Müdafiə Nazirliyinin …

Bir cavab yazın