Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / Gündəm / “Göyçay Bazar” ASC-nin rəhbəri sahibkarları aldadıb

“Göyçay Bazar” ASC-nin rəhbəri sahibkarları aldadıb

“10 ildən artıqdır ki, göyçaylı sahibkarlar “Göyçay Bazar” ASC-nin direktoru Bəhruz Rəhimova aldanaraq torpağı dövlət mülkiyyətinə məxsus olan bazardan müxtəlif tipli ticarət obyektləri alıblar. O, sahibkarlara qanuni əsası olmayan müqavilə və hər hansı tikinti inşa etdirmək üçün etiraz etməməsinə dair məktub təqdim edib və əvəzində də onlardan külli miqdarda pul alıb”. Bu fikirləri Göyçayda yaşayan hüquqşünas Taleh Xasməmmədov bildirib. Onun sözlərinə görə, sahibkarlara verilmiş sənədlər gələcəkdə onların mülkiyyət hüququnun tanınması üçün əsas ola bilməz: “Bu ilin sentyabr ayının 14-də “Göyçay Bazar” ASC-nin 25 113 ədədi səhmləri ilk hərracda satışa çıxarılacaq. Hərracda 4 ədəd ticarət talvarı, ticarət korpusu, 6 ədəd mağaza, çayxananın satışa çıxarılacağı bildirilir. Əminliklə deyə bilərəm ki, əvvəllər sahibkarlara satılmış iaşə obyektləri kimi bu dəfə də hərraca çıxarılmış əmlakların onlardan satış adı ilə pulu alınıb. Beləliklə əvvəlki hərracda 70% faiz əmlak satışı baş tutmuşdursa, bu dəfə də 30 faiz təşkil edəcək hərracın nəticəsi eyni olacaq. Yəni hərrac baş tutmuş elan olunacaq. Burada kimlər hansı ziyanı çəkəcək? Əlbəttə ki, aldanmış sahibkarlar. Çünki, “Göyçay Bazar” ASC 100%-lik səhmdar cəmiyyətə çevriləcək. Yalnız səhmdarların və yüksək səhmlərə sahib olan cəmiyyətin idarə heyyətinin sədri Bəhruz Rəhimovun tam nəzarətində olacaq. Həmin bazarın ümumi torpaq sahəsi isə Dövlət Əmlak Məsələləri Komitəsinə məxsus olaraq qalacaq. Bir daha qeyd edirəm ki, 100-lərlə sahibkar mağaza, çayxana və s. obyektlər üçün əziyyətlə qazandıqları pulları əbəs yerə xərclədiklərini yəqin etsinlər. Nə keçmişdə onlara məxsus ticarət obyektləri olub, nə də ki, gələcəkdə olacaq!” Məsələ ilə bağlı Bəhruz Rəhimovdan münasibət öyrənmək cəhdlərimiz baş tutmadı. Qarşı tərəf olaraq onun da mövqeyini dərc etməyə hazırıq…

 

Həmçinin oxuyun

Təhsil naziri kimdən kimə şikayət edir?

“Biz sual verməliyik – necə oldu ki, bu adam direktor oldu? Səmimi deyirəm – bu, …

Bir cavab yazın