Çərşənbə axşamı , Noyabr 12 2019
Ana səhifə / Gündəm / Gömrük Komitəsi ölkə rəhbərliyinə şikayət edən iş adamından qisas alır? – PROBLEM

Gömrük Komitəsi ölkə rəhbərliyinə şikayət edən iş adamından qisas alır? – PROBLEM

Səfər Mehdiyevlə qohum olduğu deyilən Rəfael Niftəliyev sahibkarlara süni maneə törədir?

İntiqam Həsənov: “Vaqif İbrahimov, Rəfael Niftəliyev və onu himayə edən şəxslər birbaşa Prezidentin siyasətinə qarşı gedirlər”

Yanvarın 6-da LEGİON-da “Rovel Trading” şirkətinin rəhbəri, iş adamı İntiqam Həsənov LEGİON-a müraciət edərək, dəfələrlə Baş Enerji Gömrük İdarəsinin maliyyə şöbəsinin rəisi Rəfael Niftəliyev tərəfindən süründürməçiliyə məruz qaldığını bildirib. Mən və mənim kimi, bir neçə sahibkar Rəfael Niftəliyevin qərəzli münasibətinə məruz qalıb: “Ölkəyə akkumlyator gətirir, bütün sənədləri qaydasında olmaqla, dövlət rüsumu keçirir və malımızı satıb ölkə iqtisadiyyatına töhfə verməyə çalışırıq. Lakin Rəfael Niftəliyev hansısa məqsədlərlə biz sahibkarları incidir, malımızın idxal prosesini yekunlaşdırmağa imkan vermir. Bu yaxınlarda şərikim Həmid Vəkilovun akkumlyator gətirdiyi TIR-ları günlərlə gömrükdə saxlamış, malı boşaltmağa imkan verməmişdilər. Yalnız Həmid Vəkilov öz problemini ictimailəşdirəndən və ölkə rəhbərliyinə şikayət edəndən sonra, ona yaradılan süni maneələr aradan qalxdı. Üç aydır biz DGK sədri Aydın Əliyevin qəbuluna düşməyə çalışırıq, lakin bizimlə görüşən, dərdimizi dinləyən yoxdur”, – deyə İ.Həsənov vurğulamışdı.

İ. Həsənov bildirmişdi ki, o Rəfael Niftəliyevin diplomunun saxta olması barədə məlumat aldıqdan sonra, Həmid Vəkilovla birlikdə Baş Enerji Gömrük İdarəsinə sorğu göndəriblər:

“Bizə cavab gəldi ki, şəxsi işlər DGK-da olur. Ora da yazdıq, lakin bizim sorğumuza aydın cavab v
erilmədi. Hazıda Dövlət İmtahan Mərkəzinə sorğu göndərmişik, ümid edirik ki, yaxın günlərdə cavab verilər. Rəfael Niftəliyev və onu himayə edən şəxslər birbaşa Prezidentin siyasətinə qarşı gedirlər. Çünki dövlət başçısı dəfələrlə vurğulayıb ki, ölkədə sahibkarların fəaliyyətinə münbit şərait yaradılmalıdır. Bu şəraitin yaranmasına isə ən birinci maneəni sahibkarlara qərəzli yanaşan gömrük məmurları törədir”.

Fevralın 7-də İ.Həsənov yenidən LEGİON-la əlaqə saxlayaraq bildirib ki, ortağı Həmid Vəkilovun mətbuata etdiyi şikayətlərdən sonra, ölkə rəhbərliyinin göstərişi nəticəsində həmin süründürməçiliyə son verilsə də, bu dəfə Rəfael Niftəliyev “Rovel Trading” şirkətini sıxışdırmağa başlayıb. Sahibkarın sözlərinə görə, onun ortağının Azərbaycan Prezidenti yanında Apellyasiya Şurasına şikayət etməsi Dövlət Gömrük Komitəsi və Enerji Gömrük İdarəsinin rəhbərliyindəki məmurların qəzəbinə səbəb olub.

“Əvvəla, bu qərəzli münasibət DGK sədrinin müavini Səfər Mehdiyevlə qohum olduğu deyilən Rəfael Niftəliyevin təzyiqlərinə etiraz etdiyimizə görə başladı. O, bizi özünə yaxın sığorta şirkətinə yönəltməyə çalışmasından sonra başladı. Hər bir sahibkardan məcburən 300 manat sığorta pulu alınır. Mən və Həmid Vəkilov məhz Rəfael Niftəliyevin “müəyyən” etdiyi şirkətə sığorta pulu verməkdən imtina etdikdən sonra, R.Niftəliyev bizimlə intriqaya başladı. O, bizim gömrük bəyannamələrimizdə göstərilən “in voice” rəqəmlərinin real qiymətlə düzgün olmadığını boynumuza qoymağa çalışır və idxal etdiyimiz malları rəsmiləşdirməkdən boyun qaçırır. Həmid Vəkilova etdiyi təzyiqlərə son verməyə məcbur qalan Rəfael Niftəliyev son 3 ayda birbaşa şirkəti hədəf götürüb və bizim anbarda olan 2 maşın akkumlyatoru təsdiqləməkdən boyun qaçırır. Enerji Gömrük İdarəsi açıq-aşkar bizdən qisas almağa çalışır”, – deyə İ.Həsənov qeyd edib.

Onun sözlərinə görə, Gömrük Enerji İdarəsinin rəisi Vaqif İbrahimov və maliyyə şöbəsinin rəisi Rəfael Niftəliyev məqsədli şəkildə, anbardakı malların əksəriyyətinin guya yerində olmadığı barədə saxta akt tərtib edib: “anbarda bir kənardan şəkil çəkərək, guya 2200 akkumlyatordan 1800-ünün yerində olmadığına dair, bizim iştirakımız olmadan saxta akt tərtib ediblər. Bu akta isə özləriylə gətirdikləri “şahid”lər qol çəkiblər. Artıq 3 aya yaxındır ki, biz məhkəmədə çəkişirik. Binəqədi Rayon Məhkəməsi bizə malın dəyərinin 50 faizi qədər cərimə yazdı. Bakı Apellyasiya Məhkəməsi o qətnaməni ləğv edib geri göndərdi, lakin təəssüf ki, Binəqədi Rayon Məhkəməsi yenə də heç bir araşdırma aparmadan, Enerji Görmük İdarəsinin xeyrinə qərar çıxardı”.

İ.Həsənov vurğuladı ki, artıq bir neçə aydır “Rovel Trading” MMC idxal etdiyi akkumlyatorları sata bilmir: “Lakin DGK rəsmiləri iddia edirlər ki, guya biz bu malı satmışıq. Məhkəmədə o malların yerində olub-olmadığını araşdırmaq istəmir”. O qeyd etdi ki, məsələ ilə bağlı Azərbaycan Prezidenti yanında Apellyasiya Şurasına, habelə, Məhkəmə-Hüquq Şurasına şikayət etməyə hazırlaşır: “Vaqif İbrahimov, Rəfael Niftəliyev və onu himayə edən şəxslər birbaşa Prezidentin siyasətinə qarşı gedirlər. Çünki dövlət başçısı dəfələrlə vurğulayıb ki, ölkədə sahibkarların fəaliyyətinə münbit şərait yaradılmalıdır. Bu şəraitin yaranmasına isə ən birinci maneəni sahibkarlara qərəzli yanaşan gömrük məmurları törədir”.

Biz məsələ ilə bağlı DGK-nın da rəsmi mövqeyini öyrənmək istədik. Təəssüf ki, DGK-nın mətbuat xidmətinin rəhbəri Natiq Axundov zənglərimizə cavab vermədi. Xatırlatma üçün qeyd edək ki, 2016-cı il oktyabrın 19-da Qafqaznews.az saytında “Enerji Gömrük İdarəsində sahibkarları “süründürən” məmur kimdir?” başlıqlı yazı dərc olunmuşdu. Həmin yazıda qeyd olunurdu ki, Qafqaz Xəbər Agentliyinə müraciət edən Həmid Soltan oğlu Vəkilov Azərbaycanda altı maşın akkumlyator gətirdiyini, lakin Enerji Gömrük İdarəsi maliyyə şöbəsinin müdiri Rəfael Niftəliyevin ona süni əngəllər törətdiyini bildirib.

“Mən Türkiyədən altı ədəd TIR-a yüklənmiş akkumlyatorlar gətirmişəm. Maşınlar Gürcüstan-Azərbaycan sərhədlərini keçməmişdən, mən idxal bəyannaməsi verməyə çalışdım, lakin mənə günlərlə maneə yaratdılar. İnspektorlar işi bir-birinə ötürə-ötürə, nəhayət ki, idxal bəyannaməmi qəbul etdilər. Artıq maşınlar gəlib, amma neçə gündür ki, mənim malımı ölkəyə buraxmırlar. Bəhanə isə ondan ibarətdir ki, guya, mən bəyannamədə malın qiymətini azaltmışam. Lakin mənim əlimdə sənədlər var və Türkiyədə mal aldığım şirkətin sənədləri ilə bəyannamədəki qiymətlər eynidir. Cənab Prezident özü tapşırıb ki, sahibkarlara şərait yaradılsın və ölkədə biznes inkişaf etsin. Lakin 6 gündür ki, mən səhərdən axşama qədər vaxtımı gömrükdə keçirirəm. Mənə xeyli əsəb yaşadılıb və mal söz verdiyim müştərilər qarşısında da yalançı çıxmışam. Bir çox müştəri də artıq maldan imtina edib. Hər maşında 48 min manatdan artıq dəyəri olan mal var.

Malların çoxu üçün qabaqcadan pul da almışam. Beləliklə, Rəfael Niftəliyev başda olmaqla, DGK məmurları mənim işimi ləngidərək, 30 min manatdan çox ziyana düşməyimə səbəb olublar. Rəfael Niftəliyev mənə deyib ki, əlavə olaraq 13 min manat da rüsum ödəməlisən. Mən mallara görə, 160 min 850 manat gömrük rüsumu da ödəmişəm. Yaxşı, əgər qiymətləri süni surətdə azaltmışdımsa, o rüsum ödənişi niyə araşdırılmadan qəbul olundu? Süründürməçiliyə məruz qalan sahibkar tək mən deyiləm. Neçə gündür görürəm ki, başqa sahibkarlar da incidilir və gömrükdə onlara stress yaşadırlar. Qeyd edim ki, öyrəndiyimə görə, R. Niftəliyev DGK sədrinin 1-ci müavini Səfər Mehdiyevin bacanağının oğludur”.

Həmçinin oxuyun

Arif Hacılı saxlanıldı

Müsavat Partiyasının başqanı Arif Hacılı polis tərəfindən saxlanılıb. Unikal.org xəbər verir ki, bu barədə Müsavat Partiyasının …

Bir cavab yazın