Çərşənbə , İyul 17 2019
Ana səhifə / Gündəm / Dünyada ana südü əleyhinə aparılan kampaniyada biznes maraqları

Dünyada ana südü əleyhinə aparılan kampaniyada biznes maraqları

Pediatr Vaqif Qarayev: “Ana südü qədər böyüyən orqanizm üçün faydalı qida yoxdur…”

Son günlər dünya mətbuatında ana südünün zərərli olması ilə bağlı yazılar dərc olunmaqdadır. Belə ki, Qərb alimlərinin iddialarına görə, bəşər övladının yarandığı gündən qidalandığı, “Qurani-Kərim”də belə tərif edilən ana südü əslində zərərli imiş.

İddialara görə, yeni ana olmuş qadının südündə yüzlərlə mikroorqanizm, zərərli bakteriyalar var. Qərb alimləri bununla da ana südünün əvəzinə daha təhlükəsiz və strelizə olunmuş alternativ uşaq yeməklərini məsləhət görürlər.
Qeyd edək ki, ötən illərdə Amerikada da bu cür iddianı əks etdirən “Breats” (“Süd vəziləri”) adlı kitab dərc olunmuşdu. Kitabın müəllifi olan jurnalistin iddiasına görə, ana südü özündə zərərli maddələr ehtiva edir. Onun qeydlərinə görə, ananın süd vəziləri südün tərkibindəki zərərli maddələri özündən saxlayır, bir müddət sonra isə həmin zərərli maddələri süd vasitəsilə körpəyə ötürmüş olur.

Bəzi araşdırmalara görə isə ana südü uşaqda dehidrasiya (susuzluq) yaradır. Digər ağlasığmaz iddiaya görə isə ana südünün tərkibində qadın hormonları çox olduğu üçün oğlan uşaqlarında sonradan cinsi problemlər yaranır, biseksuallıq riski artır. Bəs ana südünə qarşı bu cür kampaniya nədən irəli gəlir?

Maraqlıdır ki, bu günə qədər alimlər ana südünün körpələr üçün çox vacib və zəruri olduğunu, körpəni bir çox təhlükəli xəstəliklərdən qoruduğunu, bunun üçün də ilk 6 ayda mütləq şəkildə körpələrin yalnız ana südü ilə qidalanmasını məsləhət gördüyü halda bu cür iddiaların ortaya çıxması anlaşılmaz qalır. Mütəxəssislər həmçinin bildirir ki, ana südü təkcə körpə üçün deyil, həm də ana üçün çox əhəmiyyətlidir. Belə ki, araşdırmalara görə, körpəsini təbii yolla qidalandıran qadınlarda süd vəzisi xərçənginə əmizdirməyən qadınlara nisbətən 25% daha az rast gəlinir. Ümumdünya Səhiyyə Təşkilatı öz hesabatlarının birində qeyd etmişdi ki, süd verən qadınlar əmizdirməyənlərlə nisbətdə daha şux, qamətli, sağlam və uzunömürlü olurlar.
Yerli ekspertlər bildirir ki, dünyada gedən bu cür kampaniyanın əsas məqsədi süni uşaq qidalarının satışının artırılması və yaxud qlobal dairələrin zombiləşdirmə, dünya əhalisinin azaldılması, müəyyən xalqların genetik təcavüzə məruz qoyulması ilə bağlıdır.

Pediatr Vaqif Qarayev mövzuya bu cür şərh bildirdi: “Son vaxtlar təbabəti biznes poliqonuna çeviriblər. Böyük ehtimalla, bunlar süni qida industriyasinin sifarişi ilə yazilir. O yazandan soruşmaq lazimdir ki, sən ana südü əmdinsə, niyə biseksual və ya ”mavi” olmadin? Cəfəngiyyatdır! Texnologiya nə qədər inkişaf etsə də, ana südünün tərkibinə yaxin heç nə istehsal edə bilməyəcəklər! Məsələnin mənəvi-psixoloji tərəflərini bir kənara qoyaq, bütün yeni doğulan canlıları (məməli heyvanları) anası qidalandırır. İnsanı ən ali canlı hesab etsək, necə olur ki, insan südü zərərli olur?! Ana südü qədər böyüyən orqanizm üçün faydalı qida yoxdur! Həm uşağın fiziki inkişafında, həm də xəstəliklərdən qorunmasında ana südü əvəzsizdir. Bunu gərək hamımız anlayaq. Gərək biz də, media da ana südünün təmənnasiz təbliği ilə məşğul olaq. Onda uşaqlar birmənalı olaraq sağlam böyüyəcək”.

Həmçinin oxuyun

Vilayət Eyvazovdan yeni əmr: “Bandotdel”ə rəis təyin olundu – Əbülfət Rzayev kimdir? + FOTO

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) yeni rəis təyin olunub.Mia.az Strateq.az-a istinadla xəbər …

Bir cavab yazın