Cümə , Aprel 26 2024
Ana səhifə / Gündəm / Dövlət Yanğın Nəzarəti Xidməti penoplastla bağlı müsbət rəy verib – Foto fakt

Dövlət Yanğın Nəzarəti Xidməti penoplastla bağlı müsbət rəy verib – Foto fakt

Sosial şəbəkələrdə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 2-ci Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən Bakı şəhər, Yasmal rayonu Zərdabi prospektindəki yaşayış binasının sakininə ünvanalnmış məktubun fotokopyası yayılıb.

Məktub vətəndaşın binaların üzlənməsi üçün istifadə olunan penoplastın tərkibi barədə FHN-ə ünvanladığı sorğuya cavab olaraq göndərilib. Məktubda bildirlir ki, vətəndaşın müraciətinə baxlılıb:

“Bildiririk ki, Zərdabi prospekti 45 ünvanında yaşayış binasının üzlənməsində istifadə olunmuş üzlüyün DYMX Yanğın Tədqiqatı Sınaq Labaratoriyasının 08.11.2012-ci il tarixli 331 saylı sınaq protolunda “Qlobal stane” MMC-nin istehsal məhsulu olan kaparol boyası ilə işlənmiş poliuretan üzlüyü çətin yanan materiallardan olması bildirilmişdir.

Məktubu DYNİ-nin rəisi, daxili xidmət polkovniki Elzar Qədimov imzalayıb.

Həmçinin oxuyun

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb – FOTOLAR

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gün fəaliyyətini dayandırıb. Bu münasibətlə Azərbaycan Müdafiə Nazirliyinin …

Bir cavab yazın