Cümə , Aprel 26 2024
Ana səhifə / Gündəm / Cəsədlərdən qəribə əşyalar düzəldən qatilin qandonduran cinayətləri – DƏHŞƏTLİ FOTOLAR

Cəsədlərdən qəribə əşyalar düzəldən qatilin qandonduran cinayətləri – DƏHŞƏTLİ FOTOLAR

Moderator.az silsilə qətllərə imza atmış qorxunc qatillər haqqında yazıları davam etdirir. Bu dəfə öldürdüyü və oğurladığı cəsədlərindən qəribə əşyalar hazırlayan Ed Gein haqqında məlumat təqdim edəcəyik.
20-ci əsrin məşhur qatillərindən biri də Ed Gein olub. Bir insanın silsilə qətllər törədən qatil kimi tanınması üçün ən azı 3 nəfəri öldürməsi lazımdır. Cəsədlərdən qəribə əşyalar düzəldən və məzarlardan cəsəd oğurlayan Ed Geinin isə cəmi iki nəfəri öldürüb. Amma o yenə də ən məşhur qatillər arasında göstərilir. Çünki etdikləri bəlkə də birini öldürməkdən daha çox dəhşətli olub və bu səbəbdən ötən əsrin ən psixopat caniləri arasında göstərilib.
Ed Gein’in Hayatı
Çox sayda qeyri-adi cinayətlərə imza atan Ed Geinin yeni basdırılmış qadınların cəsədlərini oğurlayaraq evinə aparırmış. Sonra onları parçalayıb dərilərini soyur, cəsədlərdən inanılmaz  əşyalar hazırlayırmış. Kəllə sümüklərindən kasalar, insan dərisi ilə örtülmüş kreslolar, müxtəlif orqanlardan düzəldilmiş boyunbağılar və s. Ed Geinin bu hala gəlməsinə səbəb olan şəxs isə anası Augusta olur.
Edvard Teodor Gein 27 avqust 1906-cı ildə Wisconsində dünyaya gəlib. Anası Augusta Gein, atası Corc Filip və qardaşı Henri ilə 4 nəfərlik ailədə böyüyüb. Ed Gein elə də normal uşaqlıq dövrü keçirməyib. Çünki anası Augusta çox dindar və hegemon qadın olub. Ata isə davamlı içən və arvadının sözündən çıxmayan bir adam olub. Bir sözlə, uşaqları da, atanı da idarə edən şəxs Augustaymış. Fanatizm dərəcəsində dini inanca sahib olan Augusta uşaqlarına da öz fikirlərini aşılayır, durmadan onların ağlına cinsi arzuların nə qədər günah olduğunu yeridirmiş. Kiçik bir dükan işlədən Augusta bir tərəfdən də pul yığır, uşaqlarını ətraf aləmin pisliklərindən uzaq tutmaq üçün bir ferma satın almaq istəyir. Hökmran qadın sonda lazım olan pulu yığıb, xəyalını qurduğu evi satın alır. Böyük bir ərazidə yerləşən yeni evlərinin ətrafında heç kim yox imiş. Ən yaxın qonşularının 1.5 km məsafədə olduğu evlərində güya günahlardan, günahkarlardan uzaq bir həyat yaşamağa başlayıblar.
Gein Ailesinin Çiftlik Evi
Məhz belə bir ailədə böyüyən Ed Gein məktəb çağına gələndə qardaşından başqa heç kimlə dostluq etməyən uşaqmış. Çox utancaq bir uşaq olan Ed yaşıdları tərəfindən “qız kimi” adlandırılır. Ed nə zaman kiminləsə dostluq etmək istəsə Augusta onunla dost olmasına icazə vermir. Bu vəziyyət Edi kədərləndirsə də anasına olan bağlılığından və sevgisindən səsini çıxarmır, onun dediyi hər şeyə tabe olur. Qardaşı Henri isə Edin anasına  olan qəribə bağlılığına daima qarşı çıxırmış. Elə bu səbəbdən də Henrinin gənc yaşda ölməsində illər sonra Ed Geindən şübhələnirlər.
4 nəfərlik qəribə ailə həyatları davam edərkən 1940-ci ildə atası, bir neçə il sonra isə qardaşı ölür və Ed anası Augusta ilə təkbaşına qalır. Qardaşı Henrinin ölümünün xeyli şübhəli görünməsinə baxmayaraq, polislər bu hadisənin üzərinə çox getmir. Çünki kimsə Edin qardaşını öldürəcəyini düşünmür. Əslində isə Ed Henrini anasını üzdüyü üçün öldürübmüş. Hadisə 16 may 1944-cü ildə fermanın yaxınlığında çıxan bir yanğının söndürülməyə çalışdığı gecə baş verir. Yanğın söndürüldükdən sonra Ed Henrini tapmadığı üçün polisə xəbər edir. Aparılan araşdırmadan sonra Henri yanğından kənar bir yerdə ölmüş vəziyyətdə tapılır. Henrinin ölüm səbəbi isə oksigensiz qalması kimi qeyd edilir. Artıq anasını heç kəslə bölüşmək istəməyən Ed Gein üçün bu hadisə elə də pis sayılmır. Amma psixologiyası pozulmuş Edin xoşbəxtliyi çox uzun sürmür. Çünki anası 1945-ci ildə ürək çatışmazlığı nəticəsində vəfat edir. Bu hadisədən sonra Ed Gein sanki məhv olur.
Ed Gein'in Evinden Bir Görüntü
Həyatında ilk dəfə anasından ayrılan Edin onsuz da yerində olmayan psixologiyası gün keçdikcə daha da pozulur. Tək-tənha qalan Ed anasını diriltmək üçün anatomiyanı öyrənməyə başlayır. Anasını ziyarət etmək üçün davamlı qəbiristanlığa gedir, digər tərəfdən də anasını necə dirildəcəyini düşünür. Sonunda məzarlardan cəsəd oğurlamağa başlayır. Anatomiya biliklərini oğurladığı cəsədlər üzərində tətbiq edilən Ed Gein qısa müddət ərzində anasını diriltməyin mümkün olmadığını anlayır.
Həqiqəti gördükdən sonra Augustanın dərisini soymağa qərar verən Ed bəzən dərini anasının geyimləri ilə birlikdə üzərinə geyinir, özünü onun yerinə qoyur. Məzar soyğunçuluğu etməyə başlayan Ed Gein qadın bədəninin gözəlliyini kəşf edir, hətta bir dövrdə özünü xədim edərək qadın olmağı belə düşünür. Lakin daha sonra oğurladığı cəsədlərdən düzəltdiyi maskaların özünü qadın kimi hiss etməsi üçün yetərli olacağı qənaətinə gəlir. Daha çox orta yaşlı qadınların cəsədlərini oğrulayan Ed Gein onlardan əşyalar düzəldir və böyük bir kolleksiya qurur.
Ed Gein'in Kurbanı
Kəllə sümüyündən kasalar, dillərdən, dodaqlardan boyunbağılar, dərilərdən örtüklər, döş uclarından paltarlar kimi ağlasığmaz əşyalar düzəldən Ed Gein  bütün bunların təzə dəridən daha gözəl olacağını düşünür və 1954-ci ildə anası yaşlarında bir qadını öldürür. Bar sahibi olan 54 yaşlı Mari Hoganı silahı ilə vurub öldürən Ed Gein onu arabasına qoyaraq evinə aparır. Qadının üz dərisini soyaraq bir qadın maskası düzəldir, bədənindən isə bir çox fərqli əşya hazırlayır. 1957-ci ildə də xırdavat dükanının 58 yaşlı sahibəsi C.Wordeni öldürən Ed Gein bu cinayətdən qısa müddət sonra tutulur. Çünki itən qadının oğlu dükanda gördüyü son müştərinin Ed Gein olduğunu deyir. Bundan sonra polislər Ed Geinin evinə gedirlər. Həbs olunan şübhəlinin evində axtarış aparan polislər gördükləri qarşısında şok olurlar. Wordeni qapıya baş aşağı bir şəkildə asılmış, qarnı yarılmış, eynilə bir ov heyvanı kimi içi doldurulmuş vəziyyətdə tapırlar.
Çerçeve
(Tükləri ürpərdən tablo)
İnsan üzlərindən hazırlanmış maskalar, şamdanlar, insan üzü çəkilmiş əşyalar, otaqlarda cəsədlərdən kəsilmiş parçalar və daha bir çox qorxuducu şeylə qarşılaşırlar: 4 burun, insan bədənindən qalan sümüklər, doqquz dənə insan dərisindən düzəldilmiş üz maskası, kəllə sümüyündən hazırlanmış kasalar, 10 ədəd mişar ilə kəsilmiş qadın başı, insan dərisi ilə örtülmüş bir çox stul və kreslo, Wordenin kisəyə qoyulmuş başı, ayaqqabı qutusu içərisində 9 qadın cinsi orqanı, soyuducuda müxtəlif orqanlar, pərdə sapına keçirilmiş bir cüt dodaq, qadın döşlərindən düzəldilmiş boyunbağı, üzü dərisindən düzəldilmiş abajur.
Ed Gein'in Göğüs Uçlarından Yaptığı Bir Kemer
(Döş uclarından hazırladığı kəmər)
Ed Gein sorğuya edilərkən evi dəlik-dəlik axtarılıb, dəlillər fotoları çəkildikdən sonra məhv edilib. Polislərə 1947-1952-ci illər arasında qəbiristanlıqlara oğurluq üçün 40 dəfə getdiyini bildirən Ed Gein bunun 30 dəfəsində özünü toplayaraq evə qayıtdığını, digərlərində isə özünü saxlayammayıb 9 yeni basdırılmış orta yaşlı qadının cəsədini oğurladığını etiraf edib. Meyitlərdən heç birinə təcavüz etməyən qatil bunun səbəbi kimi çox pis iy verdiklərini, onsuz da həyatı boyu heç kimlə də cinsi münasibət yaşamadığını deyib.
Ed Gein'in Eşya Koleksiyonu
Ed Gein o əşyaları evini bəzəmək məqsədi ilə etdiyini söyləyərək özünü müdafiə etməyə çalışıb. Yoxlamalar zamanı heç bir hissiyyat əlaməti göstərməyən ruhi xəstə 21 noyabr 1957-ci ildə birinci dərəcəli cinayətdən hakim qarşısına çıxarılıb. Amma ağlının yerində olmadığına qərar verilərək ruhi xəstəxanaya yerləşdirilib. 1968-ci ildə yenidən məhkəməyə çıxarılan Ed Geinin 14 noyabrda hakim Robert H.Gollmarın sədrliyi ilə başlayan məhkəməsi 1 həftə davam edib. Amma yenə də ağıl sağlamlığının yerində olmadığına qərar verilərək ruhi xəstəxanaya geri göndərilib. İllərlə xəstəxanada qalan Ed Gein xərçəng və ürək çatışmazlığı səbəbilə 26 iyul 1984-cü ildə ölüb və anasının yanında basdırılıb.
İnsan Derisiyle kaplanmış Bir Koltuk
(İnsan üzlərindən hazırladığı kreslo)
Yüz Derisinden Yapılmış Bir Maske
Ed Gein Eşyaları
Kadın Kafatası

Həmçinin oxuyun

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb – FOTOLAR

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gün fəaliyyətini dayandırıb. Bu münasibətlə Azərbaycan Müdafiə Nazirliyinin …

Bir cavab yazın