Şənbə , Aprel 27 2024
Ana səhifə / Gündəm / BMT: Bu il Aralıq dənizində 5000-dən çox qaçqın və miqrant batıb

BMT: Bu il Aralıq dənizində 5000-dən çox qaçqın və miqrant batıb

 Avropa ölkələrində sığınacaq axtaran 100-dən çox insan ötən həftə Aralıq dənizində boğularaq ölüb. 
“Report” xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığından (QAK) bildiriblər.
Təşkilatın məlumatına görə, 2016-ci ildə Aralıq dənizində 5000-dən çox qaçqın və miqrant batıb: “Biz digər ölkələrdə sığınacaq və müdafiə axtaran qaçqın və miqrantlar arasında ölənlərin sayının artmasına görə son dərəcə narahatıq”.
Qeyd edək ki, 2015-ci ildə Aralıq dənizini keçməklə Avropaya milyondan artıq qaçqın və miqrant gəlib. 3771 nəfər isə Aralıq dənizində boğularaq həlak olub.

Həmçinin oxuyun

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb – FOTOLAR

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gün fəaliyyətini dayandırıb. Bu münasibətlə Azərbaycan Müdafiə Nazirliyinin …

Bir cavab yazın