Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Gündəm / Bir ayda 1,2 milyard manatı necə “yeyib-içdik”?

Bir ayda 1,2 milyard manatı necə “yeyib-içdik”?

2016-cı ilin yanvar ayında istehlakçılara 2 milyard 243,2 milyon manatlıq və ya 2015-ci ilin eyni ayı ilə müqayisədə 4,3 faiz çox məhsul satılıb.

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə satışın həcmi 4,1 faiz artaraq 1 milyard 124,8 milyon manata, qeyri-ərzaq məhsulları üzrə isə 5,2 faiz artaraq 1 milyard 118,4 milyon manata bərabər olub.

“Marja” məlumat verir ki, hesabat ayında istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 50,1 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 16,7 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,6 faizi elektrik malları və mebelin, 5,9 faizi avtomobil yanacağının, 1,4 faizi əczaçılıq və tibbi malların, 0,8 faizi kompyuterlər, telekommunikasiya avadanlıqları və digər məmulatların, 18,5 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

Həmçinin oxuyun

Qarabağ müharibəsi və FETÖ-nun Azərbaycanda son çırpıntıları…

Azərbaycan-Türkiyə münasibətlərinin ən pik inkişaf nöqtəsinə çatması böyük tarixi zərurət idi. İki ölkə arasındakı bu …

Bir cavab yazın