Çərşənbə , Yanvar 20 2021
Ana səhifə / Gündəm / Bakıda telefonları təmirə götürən şirkət yoxa çıxdı və… – FOTO

Bakıda telefonları təmirə götürən şirkət yoxa çıxdı və… – FOTO

Azərbaycan mobil telefon servisi şirkəti ilə müştərilər arasında problem yaranıb.
Bu barədə “Qafqazinfo”ya müraciət edən vətəndaşlar məlumat veriblər.
Müştərilər müəyyən problemi olan telefonlarını aldıqları dükanda rəsmi formada təmir servis şirkəti kimi göstərilən “MTS” (Mobil Texniki Servis) şirkətinə təhvil veriblər. Nizami küçəsi 147B ünvanında yerləşən filialda rəsmi nümayəndə olan Cabir Mirzəyev vətəndaşlara bildirib ki, 14 gündən sonra gəlib telefonu götürə bilərlər.
Dünən həmin ünvana gedən şəxslər görüblər ki, obyekt boşdur və icarəyə verilir, şirkət isə köçüb.
Müştərilər qeyd edib ki, şirkətin “Gənclik” metrostansiyasının yaxınlığında yerləşən digər filialı da boşaldılıb və həmin obyekt də icarəyə verilir.
Onlara verilən ödənişin qəbzində göstərilən telefon nömrələrinə edilən zənglərə isə cavab verilmir: “Şirkətin telefon mərkəzi olan “1678” xidməti zənglərə cavab vermir”.
Qeyd edək ki, dünən Nizami 147B ünvanın qarşısına 100-ə yaxın müştəri toplaşıb.
Şirkətin yerləşdiyi, indi isə icarəyə verilən obyektin sahibi sayta bildirib ki, şirkət avqustun 8-də həmin ünvandan köçüb. “MTS” bu ünvanda 2014-cü ilin noyabrın 25-də fəaliyyətə başlayıb.
Bu gün isə saytın əməkdaşı həmin ünvanda olub. Məlum olub ki, dünən günortadan sonra şirkət müvəqqəti olaraq həmin obyektə qayıdıb.
Şirkətin işçisi bildirib ki, sistemdə texniki problem olduğu üçün müştərilərlə aralarında müəyyən problemlər yaranıb: “Sadəcə sistemdəki problemlərlə bizim bu ünvandan köçmək istəyimiz eyni vaxta düşdü. Buna görə də müştərilərdə panika yarandı. Bu obyekt bizim üçün çox böyükdür. Buna görə də “İçərişəhər” metrostansiyası yaxınlığında yeni ünvana köçəcəyik. Dəqiq ünvan və köçəcəyimiz gün bilinmir. Amma şirkət əvvəlki qaydada fəaliyyətini davam etdirəcək”.
Ofisə telefonu üçün müraciət edən müştərilərdən biri sayta bildirib ki, ödəniş qəbzi əlində olsa da, sistemdə təmir üçün verdiyi telefon tapılmır və telefonun harada olduğu məlum deyil.

Həmçinin oxuyun

Siyavuş Novruzov Əli Həsənovu “beşinci kolon”un üzvü adlandırdı

Milli Məclisin deputatı Siyavuş Novruzov Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sabiq sədri …

Bir cavab yazın