Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Deputat Fəzail Ağamalının köməkçisi qəzada öldü – FOTOLAR

Deputat Fəzail Ağamalının köməkçisi qəzada öldü – FOTOLAR

Bu gün səhər saatlarında Ələt-Astara avtomobil yolunun Xıdırlı yolötürücüsü yaxınlığında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Virtualaz.org saytının Şirvan bürosunun əldə etdiyi məlumata görə, Bakıya qarpız aparan “QAZel” markalı yük avtomaşını ilə “Opel” markalı avtomaşının toqquşması nəticəsində yük maşını idarəetməni itirərək aşıb.
Nəticədə “Opel”in sürücüsü aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Onun biri uşaq, digəri qadın olmaqla iki sərnişini isə yaralı halda Ələt qəsəbəsindəki hospitala aparılıb.
Morqdan verilən məlumata görə, qəzada ölən şəxs Salyan şəhər sakini, 1958-cü il təvəllüdlü Həsənov Həsənbala Həbib oğludur. H.Həsənov deputat Fəzail Ağamalının köməkçisidir.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …

Bir cavab yazın