Bazar ertəsi , Yanvar 25 2021
Ana səhifə / Gündəm / Bakıda satışa çıxarılan bahalı villalar: 12 milyon manat…

Bakıda satışa çıxarılan bahalı villalar: 12 milyon manat…

Bir müddət əvvəl Azərbaycandakı villaların qiymətlərinin yunan adalarının qiymətindən belə baha olması ilə bağlı məlumat vermişdik.

Hətta ekspertlər yunan adalarına investisiyanın gələcəkdə səmərəli olması ilə bağlı da proqnozlar vermişdilər.

Binaz.az saytı xəbər verir ki, hazırda mənzil bazarında ən bahalı villaların qiymətləri ilə bağlı araşdırma apararaq, bu cür elit tikililərin ilk beşliyini tərtib edib.

1. Bakıda “Avropa” otelinin ətrafında, Küveyt, Mərakeş səfirliyinin yanında villa

35 sot torpaq ərazisi, 1500 kv metr tikintisi olan villa 3 yataq otağı, 1 qonaq otağı,1 iş otağından ibarətdir. Evin yaşayış sahəsi 1500 m²-dir. Təmirdə istifadə olunmuş məhsullar və evin mebelləri Afrikadan, İspaniyadan, İtaliyadan, Fransadan gətirilib. Satıcı gələcəkdə bu evin səfirliyə kirayə verilməsini də məqəsəduyğun hesab edir. Qiyməti nə az nə çox düz 12 milyon manat.

2. Bakıda, dəniz mənzərəli villa

Evin yaşayış sahəsi 2800 kv metr. Otaqlarının sayı-12. Bu villanın 7 yataq otağı, 6 hamamı, 3 qonaq otağı, 3 biznes otağı mövcuddur. Qiyməti – 5 milyon 450 min manat.

3. Bakının Teymur Əliyev küçəsi, “Avesta” konserninin yaxınlığında villa

Bu villa üçün də istifadə olunan materiallar Avropadan gətirilib. Sahəsi 900 kv.metr, otaqlarının sayı 10, qiyməti isə 4 milyon 200 min manatdır.

4. Bakıdan bir qədər kənarda – Şüvəlanda villa

Bu villa 4 mərtəbəli və dəniz mənzərəlidir. Villa 10 otaqdan ibarətdir. 1-ci mərtəbəsində geniş 69.48 m2 salonu, 36.00 m2 hidromasajlı hovuzu, 15.64 m2 saunası, 23.00 m2 mətbəxi,3 sanitar qovşağı olan evin döşəməsi İtalya istehsalı olan fosforlu, yerdən isitməli mərmərlə təchiz olunub. Sahəsi 1745 kv.metr, qiyməti 4 milyon manatdır.

5. Bakının H.Cavid prospekti Şüşəli bazarın arxasında villa

Bu villa Hüseyn Cavid prospektinə və əsas yola çıxır. 5 mərtəbəlidir, 8 sot torpaq və 2 həyətin birləşməsindən ibarətdir. Sahəsi 1200 kv.metr, 12 otağı var, qiyməti 3 milyon 800 min manat.

Onu da əlavə edək ki, bu tip elit mənzillərin qiymətinin baha olmasını ekspertlər maya dəyərin yüksək olması ilə izah edirlər.

Həmçinin oxuyun

Təhsil naziri kimdən kimə şikayət edir?

“Biz sual verməliyik – necə oldu ki, bu adam direktor oldu? Səmimi deyirəm – bu, …

Bir cavab yazın