Cümə , Yanvar 22 2021
Ana səhifə / Gündəm / Baba Rzayevin sayğac biznesi… Vətəndaşlara qanunsuz AKT-lar yazılır

Baba Rzayevin sayğac biznesi… Vətəndaşlara qanunsuz AKT-lar yazılır

Azərbaycanda məmurların yerində olmaması, işinin öhdəsindən gələ bilməməsi və ya rüşvət hallarını yaradan suni əngəllərin olması heç kimə sirr deyil. Ölkədə elə idarə və təşkilatlar var ki, onların rəhbərləri göstərilən etimadı anlamır və məlum postdan yararlanmağa, oliqarx olmaga, öz qarnını düşünməyə çalışır. Belə halların qarşısının alınması, problemlərin yerində və daha asan həll edilməsi, rüşvətdən yaxa qurtarmaq üçün Prezident İlham Əliyevin şəxsən nəzarəti altında Asan Xidmət yaradıldı. Bu sistemin daha şəffav işləməsi üçün əlavə vəsaitlər xərcləndi ki, insanlar daha oliqarxlaşmış məmurların və onların rüşvətə bulaşmış kiçik ranqlı məmurlarının əlində alətə çevirilməsin. Asan Xidmətin yaradılması əksər rüşxətxor məmurların arzusunu ürəyində qoysa da, elə qurumlar var ki, hələ də öz “köhnə qaydalar”ı ilə vətəndaşları incidir, haqsız cərimləyir və ya vətəndaşla məmur arasında al-ver predmeti yaradır. Konkret olaraq dövləti vətəndaşın gözündən salır. Belə qurumlardan biri də “Azərişıq” MMC-dir. Paytaxtın və paytaxtətafı ərazilərin elektrik enerjisi təminatı ilə məşgul olan “Azərişıq” MMC-nin sahibi Baba Rzayev… Bəli məhs sahibi… Ona görə ki, onun nəzarəti altında fəaliyyət göstərən idarə və şöbələrin rəhbərləri, işçiləri öz yarıtmaz fəaliyyətləri ilə vətəndaşla dövlət arasında böyük problem yaratmağa çalışır. Azərbaycan prezidenti İlham Əliyevin “vətəndaşlara qarşı diqqətli olun, yaranmış problemləri zamanında həll edin, vətəndaşlarla dövlət arasında münasibətlərin qurulmasında yardımçı olun deyirsə”, Baba Rzayevin nəzarətindəki qurumlar bunun əksini edir. Buna misal olaraq konkret fakt gösətərəcəm. Təsəvvur edin ki, hər ay işıq pulunu vaxtında və artıqlaması ilə ödəyən vətəndaşa əlavə cərimə yazırlar. Akt falan yoxdur. Vətəndaş əlindəki ödəniş qəbzlərini götürüb “Azərişıq” MMC-nin Suraxanı rayon şöbəsinə borcun hardan yaranması öyrənmək üçün müraciət edir. Suraxanı rayonunda isti otaqda oturub siqaret püləyən rəis bildirir ki, “bu borcu onlar yox, baş idarədən gələn nəzarətcilər yazıb. Buna görə də baş idarəyə müraciət etmək lazımdır”- deyib vətəndaşı başından edir. Vətəndaş isə hər ay işlətdiyi elektrik enerjisinə görə, borcunu ödəməkdə davam edir və bu dəfə isə heç bir xəbərdarlıq edilmədən mənzilin elektrik enerjisi kəsilir… Məcburiyyət qarşısında qalan haqlı vətəndaş, “Azərişıq” MMC-nin texniki idarəsinə müraciət edir. İdarədə vətəndaşı qəbul edən Aktlar şöbəsinin rəhbəri Elçin Sultanov qəbul edir. Vətəndaş borcun niyə yazıldığını öyrənməyə çalışır, Elçin müəllim isə “mən hardan bilim niyə yazılıb. Bizə hazır akt gəlir. Mən bilmirəm gedin Aktlara nəzarət şöbəsində Ramiz müəllimin yanına…”. Uzun axtarışdan sonra isti otağında kresloya yayxanan Elçin müəllimi tapılır. Otaga vətəndaşın girməsi onu qəti narahat etmir, tükünü belə tərpətmir. Ramiz müəllimə borcun niyə yaranması ilə bağlı sual veririk. “Heç bir akt verilmədən, aylıq ödənişləri vaxtında etdiyimiz halda borc niyə yaransın” sualnın cavabı konkret olur. “Bunu bizdən yox onu yazanlardan sorushun”… Daha sonra isə bildirir ki, bu problem əslində vətəndaşın deyil, sadəcə vətəndaşın üzərinə yazılır. Daha doğrusu, saygac işləməyib, elektron tabloda sayğacin rəqəmləri görünməyib. Buna görə, sayğacı dəyişiblər. Cəriməni isə vətəndaşa yazıblar. Maraqlı məsələdir. Vətəndaş ümumiyyətlə, sayğacı görmür, ona hec bir müdaxilə etmir. Əgər sağyac işləmirsə və dəyişdirilirsə o zaman vətəndaş niyə cərimə odəsin? Uzun mübahisələrdən sonra AKT tapılır. Akta yazılıb: Sayğac işləmir və elektrik tablosu oxunmur… Mənsil sahibi evdə yox idi… Guya mənzil sahibi evdə olmadığı üçün AKT vətəndaşa veriıməyib. Gülməli məsələdir. Əvvəla mənzil sahibi evdə oturub Baba Rzayevin nəzarətcilərini gözləməli deyil. Bunlar Mozambik və ya Hondurasla Azərbaycanı qarışdırıblar. Bura Azərbaycandı, prezidenti, qanunları, Milli Məclisi və diğər qurumları olan bir ÖLKƏ… Ola bilər ki, “AZƏRişıq” MMC-nin rəhbərliyi və ya vətəndaşlara problem yaradan nəzarətcilər, Elçin Sultanov kimi şöbə müdirləri qanunları görməsin. Amma bu ölkədə qanunlar və qaydalar var. Bu ölkədə poçt sistemi var. Vətəndaş yoxdur, lap yaxşı, rəsmi poçt xidməti ilə AKT-ı göndərmək olar. Bunu da etməyiblər… Mənziı sahibi niyə cərimələnməlidir? Daha sonra Ramiz müəllimdən təklif gəlir. Bazaqrlıq başlayır… “Biz bunu belə edə bilərik. 35 manat bu dəqiqə ödəyin qalanını bu dəqiqə silim”…. Necə yəni 35 manat ödəyin qalanını silək? Necə siləcəksiz? Akt yazılıbsa necə silmək olar? Elçin müəıllim əsaslandırmağa çalışır… Belə görünür ki, bunlar öz səhvlərini anlayıblar amma necə etsinlər ki, vətəndaşdan yenə pul qopartsınlar… Ən maraqlısı isə “Baba Rzayevə müraciət edəcəyik” sözünə Ramiz müəllimdən şok cavab gəlir ” 74 manata görə, Baba Rzayevə utanmayacaqsız müraciət etməyə”… Bax, bu qurumun fəaliyyətsizliyini göstərən daha bir hal burud… Nəhayət problem həll olunmamış qalır. Bir sözlə, vətəndaş hasız olaraq Baba Rzayevin ona yazdığı cəriməni ödəmək zorundadır. Bax beləcə, Baba Rzayevin idarə etdiyi qurum vətəndaşlara bu soyuq havada belə zülm edir.. Niyə? Hansı səbəbdən Baba Rzayev ? Vətəndaşın sizə borcumu var? Sayğac pulsuzdur deyib qulaq deşirsiz. Amma hansısa formada sayğacın pulunu vətəndaşdan alırsız. Niyə nəzarətçi 2 ay xəbər tutmyaıb ki, sayğac işləmir? İşləmirdisə gələn bildirişlər hardan yazılırdı? Ödənişlər necə edilb o zaman? Bu suallara cavab verə biılməyəcəksiniz. Çünki, vətəndaş haqlıdır, “Azərişıq” MMC-də yığılan rüşvət pullar isə haram… Villalar almaq, bahalı avtomobillərdə gəzmək o demək deyil ki, bu dövlətin haqlı vətəndaşını küçələrdə qapı-qapı sürünbdürəsiz. Deməli, sizin də sahibi olduğunuz MMC-yə nəzarətin gücləndiriliməsinə ehtiyac var. Deməli, “Azərişıq”MMC-nin işini Asan Xidmət görməlidir. Elədirsə, “Azərişıq” MMC və ya Baba Rzayev kimə lazımdır? Məlumat üçün bildirək ki, vətəndaş ölkə başçısı İlham ƏLiyevə müraciət hazırlayır… “bizim xeber”

 

Həmçinin oxuyun

Siyavuş Novruzov Əli Həsənovu “beşinci kolon”un üzvü adlandırdı

Milli Məclisin deputatı Siyavuş Novruzov Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sabiq sədri …

Bir cavab yazın