Bazar ertəsi , Yanvar 18 2021
Ana səhifə / Gündəm / AZFEN-də direktorun tovuzlu yerlibazlığı

AZFEN-də direktorun tovuzlu yerlibazlığı

Aslan Muradov: “Yerlibazlıq, tərəfkeşlik AZFEN şirkətində dəb düşüb, burada çalışan ofis işçiləri, rəhbər şəxslər, hətta fəhlələr yalnız Tovuz rayonundandır…”
…1996-cı ilin yanvarında ARDNŞ ilə Türkiyə Respublikasının TEKFEN şirkəti tərəfindən təsis edilmiş AZFEN şirkəti neft və digər sənaye sahələrində hər növ inşaat, emal, nəqliyyat, mühəndislik və layihə idarəçiliyi, həmçinin müxtəlif növ inşaat materiallarının ticarəti ilə əlaqədar işləri həyata keçirmək üçün ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradıldı.
O zaman müəssisə 54 milyon dollar həcmində 24 layihəni işləyib sona çatdırmışdı. Hətta AZFEN və TEKFEN Qərb ixrac Neft kəmərləri layihəsində iştirak edərək, Azərbaycan ərazisində boru kəmərləri tikintisini, Gürcüstanda nasos və təzyiq azaltma stansiyalarının, eləcə də elektrik, mexaniki və ölçü cihazları layihəsinin tikintisini yüksək səviyyədə başa çatdırmışdır. Bu o zamana aid idi ki, onda AZFEN-ə İsmayıl Məmmədov kimi peşəkar mütəxəssis, karyerist olmayan bir şəxs rəhbərlik edirdi. O zaman Heydər Əliyev AZFEN şirkətinə nəzarət edə bilirdi. İndi isə fərqli situasiyalarla qarşılaşırıq. AZFEN şirkətində çalışan Aslan Muradov adlı mütəxəssis “Balansinfo.az”ın əməkdaşına bildirmişdir ki, “Şirkətdə çalışan fəhlələrin hər an işdən çıxma qorxusunun səbəbi də odur ki, vaxtaşırı fəhlələrin ixtisara salınması, yerinə yeni işçilərin götürülməsindən ortada olan işbazlar pul qazanır. AZFEN prezidentinin bundan xəbəri olub-olmamasını demək çətindir. Ona görə işçilərin öz hesabına işdən azad olunması, yeni “nabor” yığılması işə düzəldənlərə sərf edir, onlar 3-4 min manat rüşvət ala bilir. Yerlibazlıq, tərəfkeşlik AZFEN şirkətində dəb düşüb. Orada çalışan ofis işçiləri, rəhbər şəxslər, hətta fəhlələr Tovuz rayonundandır. İşə götürülən tovuzlu deyilsə, Qazax, Ağstafa, Gürcüstan vətəndaşı olur. AZFEN prezidenti Həmid Həsənovun özü tovuzludur.

Bütün ətrafı Tovuzlu, Qazaxlı, Ağstafalı, Gürcüstandan olan insanlardır. Onlar şirkətdə ən yüksək 2-3 min manat məvacib alır, şirkəti idarə edir, metalın satılmasına, söküntü işlərindən əldə olunan qazanca, yanacaq silinməsinə digər haqq-hesablardan pul qazanılması işlərinə baxır. Ətrafına da öz qohum, qardaşlarını yığıb. Yaxşı, əziyyətsiz işlərdə Həmid Həsənovun tələbə yoldaşları, dost-tanışları, qohum-qardaşı çalışır. Fəhlələr 400-500 manat məvacib almaqla çətin şəraitdə yaşayırlar. Araşdırma aparılsa, oğurlanan pullara, yazılan məvaciblərə, silinən yanacağa fikir verilsə, AZFEN şirkətində çalışan işçilərin haqlı olduqları müəyyənləşər. Onda təsdiqlənməyən heç nə qalmaz. Bu zaman fəhlələrin orada nə çətinlik çəkdikləri bilinər”.
Məsələ ilə bağlı AZFEN Şirkəti ilə əlaqə saxladıq və şirkətin prezidenti Həmid Həsənovun məsələyə dair mövqeyini öyrənmək istədik… Şirkətin rəsmi internet səhifəsindəki 492 57 25 əlaqə nömrəsinə dəfələrlə zəng etsək də cavab verən olmadı.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Həmçinin oxuyun

Xudatda Qazi ailəsini incidən kimdir? – torpaq dələduzluğu…

“Bir ildən çoxdur ki, mən oğluma torpaq sahəsi ala bilmirəm. Həyat yoldaşım bazarda alver etdiyi …

Bir cavab yazın