Çərşənbə axşamı , İyul 23 2019
Ana səhifə / Gündəm / Azad Rəhimovun qudası onun baş bəlasına çevrilib

Azad Rəhimovun qudası onun baş bəlasına çevrilib

Niyazi Bayramov şiddətli töhmət almaqla istefaya göndərilə bilər Mingəçevir şəhər icra başçısı milyonlar əldə edib, özünə külli miqdarda sərvət toplayıb Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Müzəffər oğlu Bayramovun fəaliyyəti son zamanlar şəhər sakinlərinin, o cümlədən yerli iş adamlarının ciddi narazılığına səbəb olur. Belə ki, icra başçısının Mingəçevirdə fəaliyyət göstərən sahibkarlara süni problemlər yaratdığını deyən məlumatlı şəxsin Gundelik-Baku.com-la paylaşdığı informasiyaya görə, Niyazi Bayramov şəhərdəki əksər obyektləri, ən gəlirli sahələri nəzarətə götürüb. Mövzu ilə əlaqədar əldə etdiyimiz bilgilərdə qeyd olunur ki, Mingəçevirdə iş adamlarından müxtəlif bəhanələrlə ödənişlər yığılır və nədənsə son zamanlar bu cür hallar artmağa başlayıb: «Deyilənlərə görə, sahibkarlar artıq Mingəçevir Şəhər İcra Hakimiyyətinin bu cür əməllərindən təngə gəliblər.

Çünki az qala hər gün müxtəlif bəhanələrlə iş adamlarından pul yığılır və həmin vəsaitlərin təyinatı, hara, nə üçün xərclənəcəyi barədə heç bir məlumat verilmir. Qeyd edim ki, Niyazi Bayramov icra başçısı postuna təyin olunduqdan sonra rayonun iş adamlarının qara günləri başlayıb. İndiyədək onlardan toplanan vəsaitlər hesabına Mingəçeviri ən müasir səviyyədə abadlaşdırmaq, bir neçə təhsil və səhiyyə müəssisəsi inşa etmək olardı. Lakin buna baxmayaraq, bu günədək rayonda yalnız xırda, yəni kosmetik təmir işləri aparılıb. Dəfələrlə olub ki, rayonda asfalt örtüyünün dəyişdirilməsi məqsədilə iş adamlarından külli miqdarda pul yığılıb. Lakin toplanmış vəsaitlərin yalnız bir hissəsi istifadə olunub. Qalanı necə olub, hara olub bilən yoxdur». Mənbə iddia edir ki, bu yaxınlarda icra başçısı bir-bir rayondakı obyektləri gəzərək hansı obyektin hansı ərazidə yerləşdiyini, ticarət dövriyyəsini və digər məsələləri dəqiq nəzarətə götürüb siyahı hazırlayıb: «Deyilənlərə görə, məhz bundan sonra iş adamlarının başının üstünü qara buludlar alıb. Belə ki, həmin siyahıya əsasən hər bir obyektin üzərinə xüsusi «öhdəlik» qoyulub. Təbii ki, bu zaman müəssisənin ticarət dövriyyəsi, gəlirləri ən incə məqamlaradək nəzərə alınıb». Bu arada, 2015-ci ildə Mingəçevir Şəhər İcra Hakimiyyətinin 3 iri sifarişini eyni şirkətin həyata keçirdiyini vurğulayan məlumatlı şəxsin sözlərinə görə, həmin şirkətin sifarişlərin satınalmasını tender haqqında qanunvericiliyin tələblərinə uyğun əldə etməsi ciddi şübhə doğurur: «Deyilənlərə görə, Mingəçevir Şəhər İcra Hakimiyyəti 1 saylı tam orta məktəbin əsaslı təmir işlərinin satın alınmasını (ümumi məbləğ: 999899,19 manat), 7 saylı tam orta məktəbin əsaslı təmir işlərinin satın alınmasını (ümumi məbləğ: 999639,92 manat) və 9 saylı tam orta məktəbin əsaslı təmir işlərinin satın alınmasını (999869,56 manat) “Tam Ortaqlı İnşaatçı” şirkətinə həvalə edib. Şamil Əli oğlu Əliyevin və Qeys Məmməd oğlu Siraclının adına olan bu şirkətin qeydiyyat ünvanı isə Bakının Yasamal rayonundadır. Bilidirilir ki, “Tam Ortaqlı İnşaatçı” şirkəti Mingəçevirdə böyük məbləğli sifarişləri məhz Niyazi Bayramov icra başçısı postuna təyin olunduqdan sonra alıb. Bu isə öz növbəsində, olduqca ciddi məqamlardan xəbər verir.

Hələ bu, harasıdır. Deyilənlərə görə, Mingəçevir Şəhər İcra Hakimiyyəti uşaq bağçaları, o cümlədən imkansız ailələrin təmin edilməsi üçün ət və ət məhsullarının alınmasına 126 min manat, ərzaq məhsullarının alınmasına 562 min, çörəyin alınmasına isə 70 min manat pul xərcləndiyini sənədləşdirib. Lakin şəhər sakinləri qeyd edirlər ki, Mingəçevirdəki bağçalarda uşaqlara verilən yeməyin keyfiyyəti bərbaddır. İmkansız ailələrə yardımların edilməsinə gəldikdə isə Niyazi Bayramovun onlarla sonuncu dəfə nə zaman görüşdüyünü nə bilən var, nə də görən». Verilən digər məlumatlarda isə bildirilir ki, son zamanlar Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla onun qudası, gənclər və idman naziri Azad Rəhimov arasında soyuq küləklər əsməyə başlayıb. Belə ki, icra başçısının nazir qudasını çıxılmaz vəziyyətdə qoyduğunu deyən mənbə iddia edir ki, buna səbəb Niyazi Bayramovun fəaliyyətilə bağlı narazılıq, yuxarılara edilən şikayətlərdir: «Deyilənlərə görə, yuxarıların etimadını doğrultmayan Niyazi Bayramov haqda töhmət dosyesi bir müddət öncə onun qudası gənclər və idman naziri Azad Rəhimova ünvanlanıb. Qeyd olunur ki, Azad Rəhimova bildirilib ki, onun Mingəçevir kimi önəmli bir şəhərə təklif etdiyi kadr gözləntiləri doğrulda bilməyib. Bundan sonra naziri pis vəziyyətə düşürən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısına ciddi xəbərdarlıq olunub».

Niyazi Bayramovun sentyabrın 26-da keçiriləcək referendumdan sonra vəzifəsindən kənarlaşdırılacağının ehtimal olunduğunu vurğulayan məlumatlı şəxsin sözlərinə görə, artıq icra başçısı onu gözləyən taledən xəbərdardır: «Deyilənlərə görə, “İşıqlar şəhəri”ni “zülmətə qərq edən” Niyazi Bayramov müxtəlif yollarla milyonlar əldə edib, külli miqdarda sərvətə sahib olub. Prezidentin Ehtiyat Fondundan və dövlət büdcəsindən şəhərin sosial-iqtisadi inkişafına, o cümlədən abadlıq-quruculuq işlərinə ayrılan maliyyə vəsaitlərinin hara və necə xərclənməsi hələ də dəqiq bilinmir. Deyilənlərə görə, Niyazi Bayramov Mingəçevir Şəhər İcra Hakimiyyətinin yerləşdiyi ərazinin arxasındakı «Dostluq» parkının 400 kvadratmetrdən çox ərazisini dövlət hesabına təmir etdirib. Daha sonra həmin ərazini öz şəxsi mülkiyyəti kimi sahibkarlara satıb. Bildirilir ki, parkın satılan ərazisində isə 30-dan artıq ağac məhv edilib. Bəzi iddialara görə, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı dövlət parkının 1 kvadratmetrini 250 manata sataraq, 100 min manat əldə edib. Misal üçün, ötən il Mingəçevirdə yerləşən “Sahil” və “Heydər” parklarının təmirinə 1 milyon yarım manat vəsait ayrılmışdısa, həmin maliyyə vəsaitinin böyük bir hissəsi mənimsənilib. İcra başçısı “Lider Monolit MMC”ni yaxınlarının adına yazdıraraq əldə etdiyi vəsaiti onunla əlbir işləyən məmurlarla birlikdə bölüşdürüb. Bu faktlar görülən işlərin yarısıdır və daha çox uzatmaq olar. Bütün bunların fonunda qeyd edim ki, yaxın vaxtlarda Niyazi Bayramov şiddətli töhmət almaqla istefaya göndərilə bilər. Bir sözlə, Azad Rəhmovun qudası ona əlavə problemlər yaratdığı üçün baş bəlasına çevrilib». Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

 

Həmçinin oxuyun

Elton Məmmədova məxsus şirkətin separatçılarla əlaqələri araşdırılır

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, keçmiş deputat Elton Məmmədova məxsus şirkətin adı Ukraynada ciddi …

Bir cavab yazın