Şənbə , Sentyabr 21 2019
Ana səhifə / Gündəm / “Azəriqaz”in əməkdaşları sayğaca müdaxilə edib? – Şikayət

“Azəriqaz”in əməkdaşları sayğaca müdaxilə edib? – Şikayət

Ucar rayonu  Gəraybəyli kəndində yaşayan Həmidov Samir Tarif oğlu tərəfindən Mia.az-a şikayət məktubu daxil olub.
Şikayətçi yazır ki, “Azəriqaz” İstehsalat Birliyi Ağsu Regional Qaz İstismar İdarəsinin və onların tabeçiliklərində olan Ucar Xidmət Sahəsinin əməkdaşları heç bir qanunu əsas olmadan onun yaşadığı evə basqın edərək, qaz sayğacının plombunu qəsdən qırıblar:
“Bundan sonra isə mənə qanunsuz olaraq cərimə tədbiq ediblər. Bu kimi saxtakarlıqdan, özbaşınalıqlardan rayon sakinləri artıq bezar olublar. Belə ki, “Azəriqaz” İstehsalat Birliyi Ağsu Regional Qaz İstismar İdarəsinin  2 əməkdaşı dayım Məmmədov Nadir Əziz oğlunun adına olan və mənim yaşadığım evə gəlib, heç bir sənəd təqdim etmədən qaz sayğacıma müdaxilə etdilər. Onlar sayğacın plombunu qırdılar və bunun mənim tərəfimdən edildiyini  utanmadan israr etdilər. Bu hadisədən bir neçə gün sonra Ucar Xidmət Sahəsinin əməkdaşları gəlib  qəsdən yararsız hala salınmış qaz sayğacını açıb apardılar ki, guya laboratoriyaya göndəriləcək. Buna görə bizə 216 manat cərimə yazdılar. Guya qaz sayğacına müdaxiləni biz etmişik. Həmçinin qazdan istifadəyə görə heç bir borcumuz olmasa da, 116 manat əsas borc yazıblar. Qonşuların və ya digər şəxslərin iştirakı olmadan özlərinin tərtib etdikləri saxta akta ancaq özləri imza ediblər”.
Şikayətçi deyir ki, “Azəriqaz”ın işçilərinin bu qanunsuz əməlləri evlərinin qarşısında quraşdırılmış müşahidə kamerası vasitəsi ilə çəkilib.
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini də yayımlamağa hazırıq.

 

Həmçinin oxuyun

Nazirliyin Baş Müfəttişi işdən qovuldu – Rüşvət aldığına görə…

Gəncədə aptek sahibindən rüşvət alan əmək müfəttişi vəzifəsindən azad olunub. Unikal.org-un əldə etdiyi məlumata görə, …

Bir cavab yazın