Şənbə , Aprel 27 2024
Ana səhifə / Gündəm / Azərbaycanda meyitdən orqan köçürülə bilər – Həkimdən sensasion açıqlamalar

Azərbaycanda meyitdən orqan köçürülə bilər – Həkimdən sensasion açıqlamalar

Artıq meyitdən orqan köçürülməsi məsələsi ilə bağlı Səhiyyə Nazirliyi və Nazirlər Kabinetində müzakirələr aparılır.

Bunu M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxananın Hemodializ şöbəsinin müdiri Fariz Babayev deyib.

F.Babayev bildirib ki, bütün dünyada olduğu kimi Azərbaycanda da böyrəkköçürmə əməliyyatları yalnız ilk mərhələdə qohum böyrəyinin köçürülməsi ilə həyata keçirilir. Çox sayda insanların isə böyrək nəqli əməliyyatına ehtiyacı var: “Ona görə də artıq bu məsələ ilə bağlı Səhiyyə Nazirliyi və Nazirlər Kabineti tərəfindən müzakirələr aparılır ki, meyitlərdən orqanların köçürülməsinə təkan verilsin”.

F.Babayev deyib ki, bu gün Azərbaycanda daha çox böyrək xəstəlikləri Gəncə, Şəmkir, Ağstafa, Tovuz və şimal zonasında daha çox rast gəlinir.

F.Babayevin sözlərinə görə, uşaqlarda əksər hallarda böyrək çatışmazlığı irsi böyrək xəstəliklərindən dolayı baş verə bilir. Amma sonradan da hər hansı bir xəstəlik böyrək çatışmazlığı ilə fəsadlaşa bilər: “Son vaxtlar şəkərli diabet və ürək xəstəlikləri də böyrək çatışmazlığı ilə fəsadlaşla bilər. Ona görə bu xəstəliklərin sayı ümumi xəstəlik populyasiyası ilə daha çox rast gəlinir. Anadangəlmə böyrək xəstəlikləri irsi böyrək xəstəlikləridir. Bu da ümumi böyrək xəstəliklərinin sayının artmasına səbəb olan faktorlardan biridir”.

F.Babayev əlavə edib ki, insanlarda soyuqdəymə, qaraciyər, qan dövranının pozulması hesabına da böyrək xəstəliklərinin yaranması ehtimalı böyükdür:“Böyrək xəstəlikləri fəsadlaşan xəstələrin sayı 10 minə yaxındır. Onların da 3100 nəfəri böyrək çatışmazlığı diaqnozu ilə hemodializ seanslarına cəlb olunub”.

Trend.az

Həmçinin oxuyun

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb – FOTOLAR

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gün fəaliyyətini dayandırıb. Bu münasibətlə Azərbaycan Müdafiə Nazirliyinin …

Bir cavab yazın