Çərşənbə , İyul 24 2019
Ana səhifə / Gündəm / Arzu Rəhimovun işçisi “kəşfiyyat” işləri ilə məşğuldur? – İDDİA

Arzu Rəhimovun işçisi “kəşfiyyat” işləri ilə məşğuldur? – İDDİA

Artıq bir neçə müddətdir ki, redaksiyamıza Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinin fəaliyyətində yer almış ciddi qanun pozuntularından bəhs edən məlumatlar daxil olmaqdadır. Qeyd edək ki, aldığımız həmin məlumatlar əsasında qəzetimizin ötən saylarında bir neçə tənqidi məqalə də dərc etmişik. Bununla belə, rayondan yeni aldığımız açıqlamalarda Səfərbərlik Xidmətinin Kürdəmir rayon şöbəsinin rəhbərliyi tərəfindən bu gün də eyni neqativ hallara davamlı olaraq yol verildiyi bildirilir. Vurğulanır ki, şöbənin rəisi Həbib Əliyev oktyabr ayında başlanacaq orduya növbəti çağırış prosesinə artıq indidən özünəməxsus hazırlıqlara başlamışdır. Bu hazırlıq isə, çağırışdan möhlət almaq istəyən çağırışçıların və əlbəttə ki, onların əvəzinə, hətta hərbi xidmətə yararsız olsalar belə, orduya göndəriləcək gənclərin müəyyənləşdirilməsindən ibarətdir. Artıq qeyd etdiyimiz kimi, aldığımız açıqlamalarda qeyd olunur ki, bu gün Səfərbərlik Xidmətinin Kürdəmir rayon şöbəsində rayonun əksər kəndlərində sağlam çağırışçıların rüşvət almaq yolu ilə ordudan yayındırılması və onların yerinə hərbi xidmətə yararsız gəncləri göndərmək təcrübəsi şöbədə geniş tətbiq edilir. Ötən saylarımızda dərc etdiyimiz yazılardan birində isə, biz Həbib Əliyevin yol verdiyi bu kimi qanun pozuntularını təsdiqləyən konkret fakt da təqdim etmişdik. Belə ki, Kürdəmir şəhəri, Bakı pr. ev 1 ünvanında yaşayan, 28.06.2016-cı il təvəllüdlü Mehdiyev Tural Şəmsi oğlu 20.06.2016-cı il tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsindən orduya hərbi xidmətə göndərilib. Çağırışçı tibbi komissiyada baxışdan keçərkən, komissiyanın üzvü olan cərrah Emin həkim Tural Mehdiyevin ayaqlarında problem olduğunu (yastıdabanlıq) və bu səbəbdən də xidmətə yararsız olduğunu qeyd edib. Lakin, bu zaman məsələyə müdaxilə edən Həbib Əliyev həkimin qərarına məhəl qoymayıb və yarasız çağırışçı orduya yola salınıb. Bundan sonra Tural Mehdiyev Dövlət Sərhəd Xidməti Qoşunlarının hərbi hissələrindən birinə göndərilib. Lakin tez bir zamanda bu çağırışçının xidmətə yararsız olması aşkarlanıb. Belə ki, hərbi qaydada addımlamaq məşğələlərindən sonra Tural Mehdiyevin halı pisləşib, bədən hərarəti yüksəlib və nəticədə o, sanitar hissəsinə gətirilib. Burada isə, onu müayinə edən həkimlər Tural Mehdiyevin “yastıdabanlıq”dan əziyyət çəkdiyini dərhal aşkar ediblər. Bundan sonra, təbii ki, Tural Əsgərov hətta heç hərbi and içməyə belə macal tapmadan geriyə, evlərinə yola salınıb.

Yeni aldığımız məlumatlarda isə bildirilir ki, hazırda Həbib Əliyev oktyabr ayında orduya çağırılacaq gənclər arasında aktiv “kəşfiyyat” işləri aparmaqla məşğuldur. Belə ki, şöbə rəisi xidmətdən möhlət hüququ olmayan, lakin bu möhləti almaq istəyən çağırışçıları indidən müəyyənləşdirərək, onların həkim komissiyasından “yararsız” çıxmaları üçün müvafiq tədbirlər görür. Həmin çağırışçıların və ya onların valideynlərinin imkanlarından asılı olaraq, bu möhlət müxtəlif müddətlərə verilir. Tural Əsgərovun və digərlərinin başına gələnlərdən xəbərdar olan, hərbi xidmətə həqiqətən yararsız gənclərin valideynləri isə, Səfərbərlik Xidmətinin Kürdəmir rayon şöbəsinin rəisi Həbib Əliyevin bütün bu özbaşınalıqlarına nə zaman son qoyulacağını gözləyirlər…

Qarşı tərəfin də mövqeyini işıqlandıra bilərik.

dia.az

Həmçinin oxuyun

Elton Məmmədova məxsus şirkətin separatçılarla əlaqələri araşdırılır

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, keçmiş deputat Elton Məmmədova məxsus şirkətin adı Ukraynada ciddi …

Bir cavab yazın