Bazar ertəsi , May 20 2019
Ana səhifə / Gündəm / ANS sponsorunu məhkəməyə verdi

ANS sponsorunu məhkəməyə verdi

2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində ANS Yayım və Media Şirkətinin “Sharks” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) qarşı qaldırdığı iddia əsasında məhkəmə prosesi keçirilib.

ANS sponsorluq haqqında müqaviləyə əsasən borcun tutulması iddiasını irəli sürüb.

Hakim Miminat Hacıbəyovanın sədrliyi ilə keçirilən prosesdə ANS-in vəkili məhkəmənin qapalı şəraitdə keçirilməsini istəyib. Lakin şifahi vəsatət təmin olunmayıb.

Prosesdə ANS-in hüquqi nümayəndəsii iddia edib ki, “Sharks” şirkəti onlara yalnız 2 müqavilənin pulunu ödəyib: ANS-lə “Sharks” şirkəti arasında 2013-cü ildə 14 müqavilə imzalanıb. Müqaviləyə əsasən, ANS “Sharks”ın reklam məsullarını efirdə yerləşdirib. Həmin reklam çarxlarının qarşılığında şirkət ANS-ə yalnız 2 müqavilənin pulunu ödəyib. Onlar ANS-ə hissə-hissə – 1279, 3900, 700 və 2036 manat vəsait ödəsə də, qalan pullar ödənilməyib. Biz “Sharks” şirkətinin qalan 34 900 manat pulu ödəməsini istəyirik”.

“Sharks” şirkətinin nümayəndəsi isə ANS-in iddiasını qəbul etməyib: “Bu iddianı qəbul etmirik. Çünki hər iki şirkət arasında müqavilə bağlanan zaman “Sharks”ın rəhbəri Səadət Bağırovanın həm imzası, həm də şirkətin möhürü olmayıb. Bunun ekspertizasının keçirilməsini istəyirik. Müqavilədəki imza şirkət nümayəndəsi Rahilə Tağıyevanın imzasıdır”.
“Sharks” şirkətinin nümayəndəsi ANS-ə borclu olmadıqlarını bildirib.
Məhkəmənin növbəti iclası gələn həftəyə təyin edilib.

Qeyd edək ki, ANS-lə “Sharks” şirkəti arasında ilk müqavilə 2013-cü ilin 27 avqust tarixində bağlanıb.

Həmçinin oxuyun

Azərbaycanda porno təbliğatı aparan gənci kim himayə edir? – Gecə klubunda intim görüntülər (VİDEO 18+)

Azərbaycan Yazıçılar Birliyinin binasında yerləşən keçmiş “26” – “Twenty six” adlı kafenin yerində “Hot Room …

Bir cavab yazın